Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlara görə vergi alınacaqAğıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq.

Oxu.Az xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 20 manat məbləğində aksiz müəyyən edilmiş, eyni zamanda, fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində bir ədəd mobil cihazın gətirilməsi nəzərdə tutulub və bu müddəalar 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib.

Qanun qüvvəyə mindikdən sonra daxil olmuş bir sıra müraciətlərdə fərdi rabitə təyinatı olmayan müxtəlif avadanlıqların gömrük rəsmiləşdirilməsi zamanı aksizə cəlb olunması məsələsi qaldırılıb və bu halın ciddi çətinliklər yaratdığı bildirilib.

Belə ki, xüsusilə ölkənin kommunal infrastrukturunun təkmilləşdirilməsi layihəsi çərçivəsində idxal edilən ağıllı qaz sayğacları, həmin sayğaclarda istifadə olunan təzyiq və temperatur sensorları, habelə məlumatların ötürülməsini təmin edən kommunikasiya modulları ilə bağlı vergi ödəyicisi üçün mübahisəli vəziyyət yaranıb. Avadanlıqların daxilində SIM-kart slotunun və ya IMEI identifikatorunun mövcudluğu onların gömrük rəsmiləşdirilməsi zamanı "mobil cihaz" kimi qiymətləndirilməsinə və nəticə etibarilə aksizlə bağlı öhdəliyin yaranmasına səbəb olub.

Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın 1.2.2-ci yarımbəndinə əsasən, mobil cihaz dedikdə, mobil operatorların ümumi istifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq nəzərdə tutulur.

Bu baxımdan, mobil cihaz anlayışının tətbiqi zamanı mobil şəbəkəyə qoşulma imkanının özü ilə yanaşı, həmin qoşulmanın funksional məqsədinin də nəzərə alınması məqsədilə müvafiq dəqiqləşdirmənin aparılması təklif olunur. Bu məqsədlə mobil (sellülar) rabitə operatorunun şəbəkəsinə SIM-kart və ya eSIM vasitəsilə qoşularaq səsli rabitə xidmətlərindən istifadəni təmin edən mobil cihazların, o cümlədən mobil telefonların, planşetlərin və ağıllı saatların əhatə dairəsinin müəyyənləşdirilməsi nəzərdə tutulur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 187   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr