Avropada hibrid müharibə təhlükəsi artır: Kiberhücumlar və bomba təhdidləri nəqliyyatda xaos yaradıb
Avropada son günlər hava limanlarına bomba təhdidləri, supermarketlərin soyuducu sistemlərinə kiberhücumlar və digər təhlükəsizlik insidentləri qeydə alınıb. Baş verən hadisələr Avropa ölkələrində hibrid müharibə təhlükəsi ilə bağlı narahatlıqları artırıb.
Sonxeber.az The Guardian-a istinadən xəbər verir ki, son günlər Avropanın müxtəlif ölkələrində baş verən hadisələr təhlükəsizlik qurumlarının diqqətini cəlb edib. Hava limanlarına ünvanlanan saxta bomba xəbərdarlıqları nəticəsində azı 25 aviareysdə gecikmələr və istiqamət dəyişiklikləri qeydə alınıb.
Nəşrin məlumatına görə, noyabrın 5-də İtaliya, İrlandiya, Böyük Britaniya, İspaniya, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Avstriya, Danimarka, Belçika, Portuqaliya, Yunanıstan və Çexiya ilə əlaqəli uçuşlar təhdidlərdən təsirlənib. Bir neçə təyyarə təcili eniş edib, digərləri isə alternativ hava limanlarına yönləndirilib. Aparılan ilkin yoxlamalarda partlayıcı qurğu aşkar edilməyib.
Bundan əvvəl isə Avropanın yeddi ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemlərinə kiberhücumlar qeydə alınıb. Hücumlar nəticəsində bəzi mağazalarda soyuducu qurğuların temperaturu 50 dərəcəyədək yüksəlib, çoxlu sayda ərzaq məhsulu yararsız hala düşüb.
Məqalədə Fransada da oxşar hadisənin baş verdiyi xatırladılır. Ötən ay ölkədə yüzlərlə supermarketin soyuducu sistemlərinin haker hücumuna məruz qaldığı, nəticədə milyonlarla avro dəyərində ərzaq məhsulunun məhv olduğu bildirilir.
Nəşr vurğulayır ki, bu hadisələrin arxasında konkret hansı qüvvələrin dayandığı hələ müəyyən edilməyib. Təhlükəsizlik və kibertəhlükəsizlik üzrə mütəxəssislər isə bu cür insidentlərin dövlət səviyyəsində həyata keçirilən hibrid əməliyyatların tərkib hissəsi ola biləcəyini istisna etmirlər.
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın bu hücumlarla əlaqələndirilməsini əsassız adlandırıb.
Məqalədə qeyd olunur ki, Avropanın kritik infrastrukturlarının, xüsusilə nəqliyyat, ərzaq təchizatı və rəqəmsal idarəetmə sistemlərinin kibertəhlükəsizliyinin gücləndirilməsi getdikcə daha vacib məsələyə çevrilir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər