Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"
"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
O qeyd edib ki, zəfərə gedən yolda Aprel və Tovuz döyüşləri mühüm rol oynayıb:
"Atam hər iki döyüşdə iştirak edib və Tovuz döyüşlərində böyük şücaət göstərərək əsgərlərinin yanında şəhidlik zirvəsinə ucalıb. Atamı itirmək mənim üçün kədərlidir. Lakin qazandığımız zəfər qürurverici hadisədir.
Atamın bizimlə bağlı ən böyük arzusu ali təhsilli, tərbiyəli, vətənini, dövlətini sevən övladlar yetişdirmək idi. Şükür bu günə ki, arzusuna nail olduq. İnanıram ki, atam bizi görür və bizimlə qürur duyur. Bundan sonra da onun nə arzusu var idisə, hamısını yerinə yetirəcəyik ki, gözü arxada qalmasın. Həmçinin biz ailəliklə bu gün Ali Baş Komandanın qayğısını görürük, dövlətimizin dəstəyini hiss edirik. Ona görə də təşəkkür edirəm.
Xalqın yaddaşında İlqar Mirzəyev şərəfli döyüşçü, igid zabit kimi xatırlanır. Ancaq İlqar Mirzəyev eyni zamanda çox gözəl ata və ailə başçısı idi. Atamın gülüşü, baxışı, səsi heç vaxt yaddaşımdan silinməyəcək. O, ailəsinə hər zaman qayğı göstərirdi, mülayim idi, bizi çox sevirdi. O bizi necə çox sevirdisə, eyni yanaşmanı əsgərlərinə də göstərirdi".
Milli Qəhrəmanın oğlu atası ilə son söhbətini də xatırlayıb:
"Atamla son dəfə danışanda gülərək demişdi ki, "Hər şey qaydasındadır, narahat olmayın, gözünüz arxada qalmasın, ürəyinizi buz kimi saxlayın". Atam bu döyüşü uzun müddətdir ki, gözləyirdi.
Milli Qəhrəmanın oğlu olmaq mənim üçün şərəfli missiyadır. O vəfat etməmişdən qabaq da adına layiq olmağa çalışmışam. Ancaq artıq atam o yüksəkliyə ucalandan sonra mənim məsuliyyətim daha da artdı. İstər dost, istər iş seçimində daha diqqətli olmağa çalışıram. Milli Qəhrəmanın övladı olmaq fəxrdir, bu adı layiqli şəkildə daşımaq mənim borcumdur və bunu edəcəyəm".
E.Mirzəyev qeyd edib ki, zəfərdən sonra işğaldan azad edilmiş ərazilərin demək olar ki, hamısına səfər edib:
"İşğaldan azad edilmiş ərazilərdə gəzəndə hər bir addımımı ehtiyatla atıram, çünki orada bizim şəhidlərimizin ruhu yatır. Bunu da anlayıram ki, şəhidimizin qanı yerdə qalmadı, qazilərimizin əziyyəti boşa getmədi. Əziyyəti olan hər bir kəs haqlarınızı bizə halal etsinlər, onların əməyi danılmazdır.
Gələcək nəsillərin İlqar Mirzəyevi böyük şəxsiyyət, peşəkar hərbçi kimi tanımasını istəyirəm. Çox istərdim ki, gələcək nəsillər onun adını ehtiramla ansınlar, bir rəhmət oxusunlar. Uğrunda döyüşdüyü, canını verdiyi torpaqlara səfər edərkən anlasınlar ki, bu torpaqlar kimlərin sayəsində qazanılıb".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Xankəndi Stadionu açıldı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova