Harri Keyn Avropanın ən çox maaş alan futbolçusu olub
"Bavariya"nın hücumçusu Harri Keyn yeni müqavilə imzaladıqdan sonra Avropanın ən yüksək məvacibli futbolçusuna çevrilib.
Sonxeber.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Münhen təmsilçisi noyabrın 5-də 33 yaşlı ingiltərəli forvardla 2029-cu il iyunun 30-dək qüvvədə olacaq yeni müqavilə imzaladığını açıqlayıb.
Mənbənin məlumatına görə, yeni razılaşma Keyni Avropada əsas əməkhaqqı baxımından ən çox qazanan futbolçu edib. Bununla belə, bəzi oyunçuların bonuslar hesabına daha yüksək gəlir əldə edə biləcəyi ehtimal olunur. Müqavilənin maliyyə detalları açıqlanmayıb.
Keyn 2023-cü ildən "Bavariya"da çıxış edir. O, komanda ilə iki dəfə Almaniya çempionu olub. Hücumçu 2026-cı ildə "Qızıl top" mükafatına da sahib çıxıb.
"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 60 milyon avro qiymətləndirir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 324 Tarix: 11 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMourinyo ayın ən yaxşı məşqçisi seçildi
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo İspaniya çempionatında oktyabr ayının ən yaxşı məşqçisi seçilib. TASS-a istinadən xəbər verir ki, bu barədə La Liqanın rəsmi açıqlamasında bildirilib. "Real Madrid" oktyabr ayında ölkə çempionatında keçirdiyi hər üç matçda qələbə qazanıb
9 noyabrVensan Kompani "Bavariya"nın düşərgəsinə qayıdıb
Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Vensan Kompani komandanın düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Oktyabrın 23-də 40 yaşlı belçikalı mütəxəssis klubun məşq bazasında huşunu itirib və helikopterlə xəstəxanaya çatdırılıb. Bildirili
10 noyabr"Çelsi" qışda "Barselona"nın iki futbolçusunu heyətinə qatmaq istəyir
İngiltərənin "Çelsi" klubu qış transfer dönəmində İspaniya təmsilçisi "Barselona"nın iki futbolçusunu transfer etmək niyyətindədir. xəbər verir ki, bunlar yarımmüdafiəçi Fermin Lopes və cinah müdafiəçisi Jül Kundedir. "Zadəganlar"ın baş məşqçisi Xabi Alonso hər iki oyunçun
17 noyabrQrizmann ilin ən yaxşı futbolçusu seçildi
"Orlando Siti"nin hücumçusu Antuan Qrizmann MLS-də ilin ən yaxşı yeni futbolçusu adına layiq görülüb. xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu 2026-cı ilin martında "Orlando Siti" ilə müqavilə imzalayıb, iyulda isə komandanın heyətinə qoşulub
18 noyabrAzərbaycan güləşçiləri Ermənistana gedəcək
Azərbaycan güləşçiləri Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcək. "Qafqazinfo" -a istinadən xəbər verir ki, 25 noyabr - 1 dekabr tarixlərində qonşu ölkədə deflimpiyaçılar arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycan Milli Deflimpiya Komitəsi Avropa Karla
18 noyabr"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
"Fənərbağça" müvəqqəti baş məşqçi Dirk Kuytla yollarını ayırıb. Niderlandlı mütəxəssis İsmail Kartal baş məşqçi vəzifəsindən ayrıldıqdan sonra komandanın sükanı arxasına keçmiş və "Liverpul" üzərində tarixi qələbədə mühüm rol oynamışdı. "A Spor"a istinadən xəbər verir ki
8 noyabr