Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildi

Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildiMisir Futbol Federasiyası Hossam Həsəni milli komandanın baş məşqçisi vəzifəsindən azad edib.

Oxu.Az bu barədə federasiyanın rəsmi saytına istinadən xəbər verir.

60 yaşlı mütəxəssislə yanaşı, onun məşqçi və inzibati heyətinin üzvləri də milli komandadan ayrılıblar.

Federasiya qərarı son vaxtlar milli komandanın nüfuzuna və sabitliyinə mənfi təsir göstərən hadisələrlə əlaqələndirib. Qərara hansı hadisənin səbəb olduğu isə açıqlanmayıb.

Qeyd edək ki, Həsən avqustda ailə qalmaqalının mərkəzində olub. Hoteldə onun iki həyat yoldaşı arasında başlayan mübahisə fiziki qarşıdurmaya çevrilib. Qarşıdurmaya qohumlar və hotel əməkdaşları da qoşulublar. Hadisə zamanı özünü pis hiss edən və huşunu itirən baş məşqçi xəstəxanaya çatdırılıb.

Misir millisinin baş məşqçisi vəzifəsinə 52 yaşlı Əli Maher təyin edilib. O, daha əvvəl "Seramika Kleopatra" klubuna rəhbərlik edib.

Həsən 2026-cı ilin sentyabrında Misir millisi ilə müqaviləsinin müddətini 2030-cu ilədək uzatmışdı. Onun rəhbərliyi altında Misir dünya çempionatında 92 ildən sonra ilk qələbəsini qazanıb və tarixində ilk dəfə pley-offa yüksələrək 1/8 finala qədər irəliləyib. Komanda bu mərhələdə Argentinaya 2:3 hesabı ilə məğlub olub.

Həsən Misir millisinə 38 oyunda rəhbərlik edib. Komanda bu görüşlərin 21-də qalib gəlib, 10-da heç-heçə edib, 7-də isə məğlub olub.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 243   Tarix: 08 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli müəyyənləşib. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. "Neftçi" - "Zirə" oyunu noyabrın 27-də, "Turan Tovuz" - "Kəpəz" matçı noyabrın 28-də keçiriləcək. Misli Premyer Liqası. II dövrə

13 noyabr
.

İnfantino 4.2 milyard dollarlıq təşəbbüsdən imtina etdi

FIFA prezidenti Canni İnfantino dünya çempionatının iştirakçı sayının artırılması ideyasından geri çəkilib. xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti yazıb. Məlumata görə, o, turnirin keçirilmə hüquqlarının bir hissəsinin satılması planı ətrafında yaranan qalmaqaldan sonra üzərindək

7 noyabr
.

"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb

"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C Liqasında noyabrda keçirəcəyi oyunlar üçün açıqlanan heyətində yer alıb. Qeyd edək ki, Moldova seçməsi noyabrı

6 noyabr
.

Umarali Raxmonaliyev evləndi

"Sabah"ın futbolçusu Umarali Raxmonaliyev ailə həyatı qurub. xəbər verir ki, özbəkistanlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Futbolçunun toy mərasimi vətəni Özbəkistanda olub

9 noyabr
.

Rafinya UEFA Çempionlar Liqasında Neymar və Rivaldonu geridə qoyub

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb. xəbər verir ki, 29 yaşlı hücumçu buna "Aston Villa"nı məğlub etdikləri (3:0) Liqa mərhələsinin IV turunun oyununda nail olub. Görüşdə dubl edən braziliyalı forvard Kataloniya təmsilçisini

4 noyabr
.

Bellinqem 23 yaşında Kasilyasın 20 illik rekordunu qırıb

İngiltərə millisinin və "Real"ın (İspaniya) futbolçusu Cud Bellinqem UEFA Çempionlar Liqasında İker Kasilyasın rekordunu qırıb. UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi buna Liqa mərhələsinin IV turunda AEK-lə (Yunanıstan) oyunda iştirak etməklə nai

5 noyabr
.

Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi

Portuqaliyalı futbol ulduzu, "Qızıl top" mükafatının beşqat qalibi, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubundakı gələcəyi ilə bağlı qərar verib. "365Scores Arabic"ə istinadən xəbər verir ki, o, klubla müqaviləni uzatmağı planlaşdırmır və 2026/27 mövsüm

8 noyabr
.

Brunu Fernandeş "Mançester Yunayted"in ikinci müqavilə təklifini də qəbul etməyib

"Mançester Yunayted"in futbolçusu Brunu Fernandeş müqaviləsinin müddətinin uzadılması ilə bağlı klubun ikinci təklifini də rədd edib. xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. İngiltərə klubunun 32 yaşlı yarımmüdafiəçi ilə danışıqları yaydan davam edir. Lakin hələli

13 noyabr
.

Ozan Kabak Türkiyə millisinin düşərgəsindən ayrılıb

Almaniyanın "Hoffenhaym" klubunun futbolçusu Ozan Kabak Türkiyə millisinin düşərgəsindən ayrılıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. 26 yaşlı müdafiəçi cəzalı duruma düşdüyünə görə məşqçilər korpusundan icazə alıb. Ozan Kabak ötən gün Belçikaya 1:2 hesabı il

13 noyabr