Şuşadan dünyaya müttəfiqlik və əbədi qardaşlıq mesajı

Şuşadan dünyaya müttəfiqlik və əbədi qardaşlıq mesajıAzərbaycanın müasir dövlətçilik tarixi hərbi qələbələrlə yanaşı, strateji diplomatik uğurlar və sarsılmaz dostluq salnaməsi ilə zəngindir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Cənubi Qafqazın siyasi mənzərəsini kökündən dəyişməklə yanaşı, Bakı ilə Ankara arasındakı qardaşlıq tellərini ən yüksək müttəfiqlik zirvəsinə qaldırdı. Bu baxımdan, iki ölkə liderinin hər bir görüşü regional təhlükəsizlik və inkişaf üçün yeni imkanlar açır. Yaranan yeni strateji imkanların və sarsılmaz birliyin növbəti bariz təzahürü məhz Zəfər günündə Şuşada reallaşan tarixi görüş oldu. Noyabrın 8-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. İki qardaş ölkə liderinin bu tarixi görüşü Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığını və Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqları bir daha bütün dünyaya nümayiş etdirdi. Zəfər Günündə Qarabağın tacı olan Şuşada səslənən bəyanatlar regionda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasında Azərbaycan-Türkiyə birliyinin müstəsna rolunu əks etdirir.Liderlərin səsləndirdiyi tarixi fikirlər iki qardaş dövlətin sınaqlardan keçmiş keçmişini, bu gün nümayiş etdirdiyi sarsılmaz həmrəyliyi və gələcəyə yönəlmiş birgə strateji hədəflərini dolğunluğu ilə əks etdirir. Mətbuata bəyanatında Prezident İlham Əliyev iki ölkə arasındakı qardaşlığın zamana sığmayan mahiyyətini vurğulayaraq deyib: "Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq".

Dövlətimizin başçısı bildirib ki, bu tarixi səfərin əsas nəticəsi məhz bu birlikdir və Azərbaycan-Türkiyə müttəfiqliyi əbədidir, sarsılmazdır. Bu sarsılmaz münasibətlər yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, eyni zamanda, geniş bir coğrafiyada sülhün, sabitliyin və davamlı inkişafın əsas zəmanətçisi kimi çıxış edir. Dövlət başçısı Türkiyə-Azərbaycan birliyinin regional və qlobal əhəmiyyətinə xüsusi diqqət çəkərək qeyd edib ki, böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu, sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur. Ölkə rəhbəri əlavə edib ki, Türkiyə Prezidentinin sıx qrafikinə baxmayaraq, Zəfər Günündə Qarabağda olması bütün dünyaya bu yenilməz birliyi bir daha nümayiş etdirir.

Şuşada səslənən bu tarixi mesajlar nifaq toxumu səpmək istəyən kənar qüvvələrə qarşı qətiyyətli bir xəbərdarlıq kimi dərin məna kəsb edir. İki ölkə münasibətlərinə xələl gətirmək niyyətində olanlara aydın mövqe nümayiş etdirən Azərbaycan Prezidenti vurğulayıb: "İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın". Öz növbəsində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iki ölkə arasındakı qardaşlığın, eləcə də regionda yaranan yeni reallıqların strateji əhəmiyyətini xüsusi vurğulayıb. Türkiyə dövlət başçısı 44 günlük Vətən müharibəsinin tarixi nəticələrinə toxunaraq bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda dinc və sabit yeni bir dönəmin qapısını açıb. Türkiyə Prezidenti önümüzdə duran əsas vəzifənin döyüş meydanında qazanılan zəfəri qalıcı sülhlə taclandırmaq olduğunu diqqətə çatdıraraq bəyan edib: "Biz Azərbaycanın haqlı mübarizəsini sahibləndiyimiz kimi, bölgəmizdə qalıcı sülhün təsis olunmasına yönəlmiş səylərini də dəstəkləyirik. Qarabağda bərpa edilən hər bir tarixi miras Azərbaycan xalqının gələcəyə olan inamını göstərir. Bu yolda təcrübəmizi paylaşmağa davam edəcəyik". Bu fikirlər bir daha təsdiqləyir ki, Türkiyə yalnız hərbi-siyasi müstəvidə deyil, həm də Cənubi Qafqazda əbədi sülhün bərqərar olunmasında Azərbaycanın yanındadır.

Şuşada səslənən bəyanatlar, eyni zamanda, bu tarixi qələbənin bütün Türk dünyasındakı dərin əks-sədasını və sarsılmaz qardaşlığın mənəvi köklərini bir daha nümayiş etdirdi. Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı qələbə bütün Türk dünyasında böyük sevinc doğurmaqda davam edir və bu, tarixi ədalətin bərpasının bariz göstəricisidir. Türkiyə Prezidenti iki ölkə arasındakı strateji və mənəvi bağların əhəmiyyətini xüsusi vurğulayaraq bildirib: "Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər zamanın sınağından keçib. Bu gün biz "Bir millət, iki dövlət" kəlamında təcəssüm olunan qəlblərin birliyindən danışırıq. Əlaqələrimiz ortaq keçmişimizdən güc alır. Qardaşlığımız dil, tarix və mədəniyyətin ümumiliyinin hüdudlarını çoxdan aşıb. Məhz buna görə bu gün Bakı ilə Ankaranın sevincini bir-birindən ayırmırıq". Türkiyə dövlətinin başçısı qətiyyətlə əlavə edib ki, 2021-ci ilin iyununda imzalanan Şuşa Bəyannaməsində öz əksini tapan Ankara ilə Bakı arasındakı sarsılmaz qardaşlığı zəiflətməyə çalışanlar heç vaxt öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Şuşada keçirilən birgə görüş Azərbaycan-Türkiyə qardaşlığının keçmişin sınaqlarından keçərək bu gün regional sülhün və inkişafın əsas sütununa çevrildiyini bir daha sübut edir. İki ölkə liderinin nümayiş etdirdiyi birgə iradə Cənubi Qafqazda qazanılmış tarixi Zəfərin qalıcı sülhlə tarixə düşməsilə yanaşı, gələcək nəsillər üçün daha təhlükəsiz, sabit və çiçəklənən bir bölgə vəd edir. Xankəndidən ucalan dövlətçilik ruhu və Şuşadan verilən qardaşlıq mesajları əbədi müttəfiqliyimizin sarsılmaz zəmanətidir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 364   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəldi. AZƏRTAC xəbər verir ki, İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşıladı

12 noyabr
.

Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycan beynəlxalq siyasi dialoqun mühüm iştirakçısı kimi

"Bu gün beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin artdığı, təhlükəsizlik çağırışlarının mürəkkəbləşdiyi və dövlətlərarası əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Avropa Siyasi Birliyinin (ASB) sammiti xüsusi diqqət çəkir. İrlandiyanın paytaxtı Dublində keçirilən tədbird

13 noyabr
.

Ölkə başçısı İlham Əliyev Dublində Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb

Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı

12 noyabr
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

11 noyabr
.

Avropa Siyasi Birliyinin sammiti: dəyişən geosiyasi mənzərə və Azərbaycanın artan siyasi çəkisi

"Dünya siyasətində yeni güc balansının formalaşdığı, beynəlxalq münasibətlərin ciddi transformasiyaya məruz qaldığı və təhlükəsizlik məsələlərinin dövlətlərin xarici siyasətində əsas prioritetə çevrildiyi bir dövrdə Avropa Siyasi Birliyinin (ASB) sammiti mühüm siyasi hadisə kimi diqqət mərkəzindədir

13 noyabr
.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10 noyabr
.

Xankəndidən verilən Zəfər mesajı

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən etdiyi müraciət Azərbaycanın son altı ildə keçdiyi yolun hərbi, siyasi və mənəvi nəticələrini ümumiləşdirən mesaj kimi diqqət çəkir. Dövlət başçısının çıxışını şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etməsi təsadüf

11 noyabr
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11 noyabr
.

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsind

12 noyabr