Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib

Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilibAzərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb.

Bu barədə Sonxeber.az-a ACF-nin mətbuat xidmətindən bildirilib.

Doqquz gün davam edəcək hazırlıq prosesinə müxtəlif bölgələrdən ümumilikdə 60 idmançı (48 oğlan, 12 qız) cəlb olunub. Toplanışın əsas məqsədi cüdoçuların qarşıdakı Azərbaycan çempionatına hazırlıq səviyyəsinin yüksəldilməsi və texniki-taktiki bacarıqlarının təkmilləşdirilməsidir.

Məşqlərə ACF-nin peşəkar məşqçiləri rəhbərlik edirlər. Proqrama texniki çalışmalar, fiziki hazırlıq və fərdi bacarıqların inkişafına yönəlmiş məşqlər daxildir.

ACF regionlarda cüdonun inkişafına və perspektivli idmançıların mütəmadi hazırlıq prosesinə cəlb olunmasına xüsusi diqqət ayırır. Bu istiqamətdə 2023-cü ildən etibarən region cüdoçuları üçün həm müxtəlif bölgələrdə, həm də Bakıda təlim-məşq toplanışları təşkil edilir.

İdmançıların beynəlxalq təcrübəsinin artırılması məqsədilə bu ilin iyulunda Gürcüstanın Qori şəhərində də region cüdoçularının iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilib.

Qeyd edək ki, hazırkı hazırlıq prosesi region idmançıları üçün Bakıda təşkil olunan ikinci təlim-məşq toplanışıdır.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 143   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər - Foto

Türkiyənin "Qalatasaray" klubu Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə rəsmi "X" hesabında paylaşım edib. xəbər verir ki, klubun paylaşımında "Dost və qardaş ölkə Azərbaycanın Zəfər Günü mübarək!" sözləri yer alıb. "Fənərbağça" klubu da 8 Noyabr - Zəfər Gün

8 noyabr
.

"Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib - FOTOLAR

Azərbaycan qadın voleybolçularının Super Liqası çərçivəsində "Naxçıvan" və "Azərmaş Abşeron" komandaları arasında keçirilən qarşılaşma "Naxçıvan" komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Azərbayca

6 noyabr
.

Mourinyo ayın ən yaxşı məşqçisi seçildi

"Real Madrid"in baş məşqçisi Joze Mourinyo İspaniya çempionatında oktyabr ayının ən yaxşı məşqçisi seçilib. TASS-a istinadən xəbər verir ki, bu barədə La Liqanın rəsmi açıqlamasında bildirilib. "Real Madrid" oktyabr ayında ölkə çempionatında keçirdiyi hər üç matçda qələbə qazanıb

9 noyabr
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

7 noyabr
.

UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. report-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da star

4 noyabr
.

"Mançester Yunayted" yanvarda heyətinə 2 müdafiəçi qata bilər

İngiltərənin "Mançester Yunayted" klubu yanvarda heyətinə iki müdafiəçi qata bilər. xəbər verir ki, "qırmızı şeytanlar" arxa xətdəki ciddi problemləri aradan qaldırmaq üçün "Brentford"dan irlandiyalı Natan Kollinzi və "Fulhem"dən nigeriyalı Kelvin Bassi ilə maraqlanır

12 noyabr
.

"Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır

"Ferrari"nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə bərabər statusda olmasından narazıdır və qərarların qəbulunda özünə üstünlük verilməsini istəyir. xəbər verir ki, bu barədə İtaliyanın "Autoracer" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, "Ferrari"

7 noyabr
.

"Qarabağ" klubu 4500 manat cərimələnib

"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexnik

3 noyabr
.

Vensan Kompani "Bavariya"nın düşərgəsinə qayıdıb

Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Vensan Kompani komandanın düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Oktyabrın 23-də 40 yaşlı belçikalı mütəxəssis klubun məşq bazasında huşunu itirib və helikopterlə xəstəxanaya çatdırılıb. Bildirili

10 noyabr