Atasını öldürüb meyitini 238 hissəyə parçalayan şəxsə 12 il həbs cəzası verildi

Atasını öldürüb meyitini 238 hissəyə parçalayan şəxsə 12 il həbs cəzası verildiNiderlandda atasını öldürməkdə təqsirli bilinən 33 yaşlı kişi 12 il müddətinə azadlıqdan məhrum edilib. O, atasının meyitini 238 hissəyə parçalayıb və qalıqları bir neçə il iki dondurucuda saxlayıb.

Sonxeber.az xəbər verir ki, bu barədə "NOS" nəşri məlumat yayıb.

Məlumata görə, 66 yaşlı kişi 2021-ci ilin fevralında itkin düşüb. Polis əvvəlcə onun intihar etmiş və ya maliyyə problemlərinə görə xaricə getmiş ola biləcəyini ehtimal edib. Oğlu da atasının ölkəni tərk etdiyini iddia edib. Kişinin meyitinin qalıqları yalnız 2024-cü ilin sonunda, oğlunun yaşadığı evdə aşkarlanıb.

Teymen V. məhkəmədə atası ilə münasibətlərinin gərgin olduğunu və hadisə günü onun özünə hücum etdiyini iddia edib. O, atasına heykəlciklə zərbə endirdiyini, daha sonra isə boynuna təpik vurduğunu etiraf edib.

Lakin məhkəmə özünümüdafiə arqumentini qəbul etməyib. Məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, kişinin boğazının sıxılması nəticəsində boğularaq öldüyü müəyyən edilib.

Təqsirləndirilən şəxs qəsdən adam öldürmə və meyiti gizlətməkdə təqsirli bilinib. Məhkəmə onun məhdud anlaqlılıq vəziyyətini nəzərə alaraq 12 il həbs cəzası təyin edib. O, həmçinin mərhumun digər övladlarına 40 min avrodan çox təzminat ödəməlidir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 392   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi

1960-cı ildə avstriyalı alim Haynts fon Försterin irəli sürdüyü hesablamaya görə, 13 noyabr 2026-cı il bəşəriyyətin "qiyamət günü" olmalı idi. Lakin proqnoz özünü doğrultmayıb. xəbər verir ki, alim 1960-cı ildə "Science" jurnalında dərc olunan məqaləsində dünya əhalisinin artım sürətin

16 noyabr
.

Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırdı

Avropa İttifaqı (Aİ) Ukraynaya "Ukraine Facility" proqramı çərçivəsində təxminən 8 milyard avro həcmində maliyyə yardımının ayrılmasını təsdiqləyib. "Yeni Sabah" xəbər verir ki, Abu proqramın fəaliyyətə başlamasından bəri Kiyevə ayrılan ən böyük birdəfəlik ödənişdir. Vəsaitin təxminə

16 noyabr
.

Putinin tərcüməçisi Sadıkovun milliyyəti niyə gizli saxlanılır?

Rusiya Prezidenti Vladimir Putinin ən yüksək səviyyəli beynəlxalq görüşlərində iştirak edən baş tərcüməçi Aleksey Sadıkovun etnik mənsubiyyəti zaman-zaman ictimaiyyətin və medianın maraq obyektinə çevrilir. Xüsusilə soyadının türk-müsəlman coğrafiyasına xas olması onun əslən azərbaycanlı, tatar və y

18 noyabr
.

O'Sallivan Aİ-nin sanksiyalar üzrə xüsusi elçisi postunu tərk edir

Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi elçisi Devid O'Sallivan dörd illik fəaliyyətindən sonra öz postunu tərk etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə o, İrlandiyanın RTÉ teleradio şirkətinə məlumat verib. "Mən bu postu tərk edirəm, çünki dörd il işləmişəm v

17 noyabr
.

ABŞ-İran müharibəsində yeni gərginlik: Tehran ABŞ bazasını hədəfə aldı, Vaşinqton bölgəyə üçüncü aviadaşıyıcısını göndərdi

ABŞ və İran arasında davam edən müharibədə gərginlik yenidən artıb. Noyabrın 17-də İranın pilotsuz uçuş aparatları Bəhreyndə yerləşən ABŞ hərbi radar sistemini hədəfə alıb. Reuters-in məlumatına görə, hücum ABŞ-ın Beşinci Donanmasının yerləşdiyi Şeyx İsa hərbi bazasına qarşı həyata keçirilib. Bəhrey

17 noyabr
.

Qütb burulğanı vaxtından əvvəl zəifləyir: Avropanı sərt qış gözləyir?

Arktikada şaxtalı hava kütlələrini Şimal qütbü ətrafında saxlayan güclü küləklər sistemi - qütb burulğanı bu il gözləniləndən xeyli tez zəifləməyə başlayıb. Meteoroloqlar bunun Şimal yarımkürəsinin bəzi bölgələrində qışın sonrakı aylarında daha soyuq və quraq hava şəraiti riskini artıra biləcəyini bildirirlər

16 noyabr
.

"Epşteyn intihar etməyib, qətlə yetirilib" - Video

Cinsi istismar cinayətlərində mühakimə olunan amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı yeni və diqqətçəkən iddia irəli sürülüb. Tanınmış məhkəmə eksperti Epşteynin rəsmi açıqlamalarda iddia edildiyi kimi, intihar etmədiyini, əksinə, qətlə yetirildiyini bildirib. "Qafqazinfo"nu

17 noyabr
.

Moldova Rusiyaya nota verib

Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə "Moldpress" Moldova Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, Rusiya səfiri noyabrın 17-də Moldovanın hava məkanının pilotsuz uçuş aparatları tərəfindən pozulması ilə əlaqədar XİN-ə çağırılıb

18 noyabr
.

ABŞ-da Qrand-Kanyon yaxınlığında təyyarə qəzaya uğradı: 3 nəfər öldü

ABŞ-ın Arizona ştatında, Qrand-Kanyon Milli Parkının ərazisində kiçik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub. xəbər verir ki, bu barədə ABŞ Milli Parklar Xidməti məlumat yayıb. Bildirilib ki, "Piper Comanche" tipli təyyarənin qalıqları noyabrın 16-da səhər saatlarında aşkarlanıb

17 noyabr