2027-ci ildə səyahət üçün dünyanın ən sakit 10 şəhər - Hamısı Avropadadır
2027-ci ildə səyahət etmək üçün dünyanın ən sakit şəhərlərinin reytinqi hazırlanıb. Siyahının ilk onluğunda yalnız Avropa şəhərləri yer alıb. İlk üçlükdə Venesiya, Lissabon və Amsterdam qərarlaşıb.
Sonxeber.az xəbər verir ki, bu barədə "Euronews" nəşri məlumat yayıb.
Reytinq səyahət sığortası üzrə ixtisaslaşmış "Avanti Travel Insurance" şirkəti tərəfindən hazırlanıb. Araşdırma zamanı "Euromonitor International" analitik şirkətinin 2025-ci il üzrə dünyanın ən populyar 100 şəhər turizmi istiqamətini əhatə edən siyahısı əsas götürülüb.
Şəhərlərin sakitlik səviyyəsi müəyyənləşdirilərkən mərkəzi ərazidən iki kilometr radiusda yerləşən əsas avtomobil yollarının uzunluğu, piyadalar üçün nəzərdə tutulan küçələrin sayı və digər göstəricilər nəzərə alınıb. Avtomobil yollarının az, piyada zonalarının isə çox olması şəhərin reytinqdə daha yüksək mövqe tutmasına imkan verib.
Bundan əlavə, ilk onluğa daxil olan şəhərlərdə səs-küyün azaldılmasına yönəlmiş qaydalar da araşdırılıb. Buraya gecə saatlarında uçuş məhdudiyyətləri, sakitlik saatları, nəqliyyatın hərəkətinə və bazar günləri ticarət fəaliyyətinə qoyulan məhdudiyyətlər daxildir.
Reytinqin liderləri
1. Venesiya, İtaliya
Reytinqdə birinci yeri Venesiya tutub. Şəhərin mərkəzindən iki kilometr radiusda cəmi iki kilometrə yaxın intensiv avtomobil yolu var. Bunun əksinə olaraq, avtomobillərin hərəkətinə bağlı olmayan küçələrin ümumi uzunluğu 170 kilometri ötür. Kanallar, tarixi meydanlar və dar küçələr şəhəri sakit gəzinti üçün əlverişli edir.
2. Lissabon, Portuqaliya
İkinci yerdə Lissabon qərarlaşıb. Portuqaliyanın paytaxtı araşdırmada intensiv avtomobil yollarının sıxlığının aşağı olması ilə seçilib. Bundan başqa, şəhərin hava limanında gecə uçuşlarına məhdudiyyətlər tətbiq olunur.
3. Amsterdam, Niderland
İlk üçlüyü Amsterdam tamamlayıb. Şəhərdə avtomobillərin hərəkətinə qapalı 30 kilometrdən çox küçə və kanalboyu gəzinti marşrutları mövcuddur. Müstəqil mağazalar, kafelər və mədəniyyət məkanları da turistlərə daha sakit istirahət imkanı yaradır.
Dünyanın ən sakit 10 şəhəri:
1. Venesiya - İtaliya
2. Lissabon - Portuqaliya
3. Amsterdam - Niderland
4. Barselona - İspaniya
5. Brüssel - Belçika
6. Afina - Yunanıstan
7. Sürix - İsveçrə
8. Milan - İtaliya
9. Florensiya - İtaliya
10. Stokholm - İsveç
Araşdırmada iştirak edən səyahət eksperti Sara Rodriqes Avropadan kənarda da sakit istirahət üçün bir sıra istiqamətləri tövsiyə edib. Onların arasında Vyetnamın Xoyan şəhəri, Keniyanın Lamu adası, ABŞ-ın Nyu-Meksiko ştatı, Braziliyanın Parati şəhəri və Yeni Zelandiyanın Nelson bölgəsi var.(Qaynarinfo)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Rəşid Mahmudovun evində partlayış baş verib?
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Hər şeydə qüsur axtaran insanlar: Daim neqativ düşünməyin səbəbi nədir? - PSİXOLOQDAN AÇIQLAMA
Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi
Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü: Milli dövlətçilik tariximizin mühüm mərhələsi
Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
ABŞ-İran müharibəsində yeni gərginlik: Tehran ABŞ bazasını hədəfə aldı, Vaşinqton bölgəyə üçüncü aviadaşıyıcısını göndərdi
Çek verməyən sahibkarları 1000, 3000 və 6000 manat cərimə gözləyir - AÇIQLAMA
Yevlaxda ağır qəzada 2 nəfər öldü
Rusiya Ukraynanı bombaladı