Məhkəmə general Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
Külli miqdarda vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunan mediator Türkər Əliyeva barəsində qərardan prokurorluğun verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya protestinə baxılıb və qərar qəbul olunub.
Qərara əsasən, protest təmin olunmayıb. Türkər Əliyeva barəsində ev dustaqlığı qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsi Türkər Əliyevanın himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan övladının olmasını, onları təkbaşına böyütməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Prokurorluq qərardan narazı qalaraq apellyasiya protesti verib, Türkər Əliyevanın həbs edilməsi istənilib.
Dələduzluqda ittiham olunan Türkər Əliyeva mediator kimi fəaliyyət göstərib. O, Müdafiə Naziriyinin Tibb Baş İdarəsinin sabiq rəisi general-mayor Natiq Əliyevin qızıdır.
Türkər Əliyevaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 313-cü (Vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək adı altında külli miqdarda pul alıb. Türkər Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini, ehtiyatda olan general-mayor Ceyhun Rzayevin şikayəti üzrə prokurorluqda aparılan araşdırma çərçivəsində saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 225 Tarix: 18 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDirektorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16 noyabrBu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin diqqətinə çatdırılmış imtahan qrafikinə əsasən 4 dekabr tarixində BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının, 13 dekabr tarixində isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməs
18 noyabrRəşid Mahmudovun evində partlayış baş verib?
Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki
17 noyabrMəşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə
16 noyabrNoyabr ayının pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
17 noyabr