Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb
Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində verib.
Takaiçinin sözlərinə görə, Yaponiyanın Tayvan məsələsində mövqeyi 1972-ci ildə Tokio ilə Pekin arasında imzalanmış Birgə Kommünikeyə əsaslanır. Həmin sənəddə Yaponiya Pekinin Tayvanın Çin Xalq Respublikasının ayrılmaz hissəsi olması ilə bağlı mövqeyini anladığını və ona hörmət etdiyini bəyan edib. Baş nazir ölkəsinin bu mövqeyində heç bir dəyişiklik olmadığını xüsusi vurğulayıb.
Gərginliyin əsas səbəbi Takaiçinin 2025-ci ilin noyabrında səsləndirdiyi açıqlamadır. O, həmin vaxt Çinin Tayvana qarşı hərbi əməliyyatlarının Yaponiyanın təhlükəsizliyinə təhdid yaradacağı təqdirdə Tokionun hərbi müdaxilə edə biləcəyini bildirmişdi. Bu bəyanat Pekinin kəskin etirazına səbəb olmuş, Çin Yaponiya hökumətindən açıqlamanı geri götürməyi tələb etmişdi.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, bundan sonra iki ölkə arasında münasibətlər yalnız diplomatik müstəvidə deyil, iqtisadi sahədə də pisləşib. Çin Yaponiyaya bəzi kritik mineralların ixracına məhdudiyyətlər tətbiq edib, Yaponiya dəniz məhsullarının idxalını dayandırıb və öz vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkinməyə çağırıb. Bu addımlar xüsusilə avtomobil, elektronika və yarımkeçirici sənayesi üçün narahatlıq yaradıb.
APEC sammiti çərçivəsində Takaiçi Çin Prezidenti Si Cinpinlə də qısa müddət ərzində görüşüb və əl sıxıb. Lakin iki lider arasında ayrıca ikitərəfli danışıqlar keçirilməyib. Yaponiya Baş naziri Çini ölkəsi üçün mühüm qonşu adlandıraraq mövcud fikir ayrılıqlarına baxmayaraq dialoqun davam etdirilməsinin vacibliyini bildirib.
Beləliklə, Tokio Tayvan məsələsində əvvəlki mövqeyini qoruduğunu bəyan etsə də, Pekinlə münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılması istiqamətində hələlik ciddi irəliləyiş müşahidə olunmur.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Elçin Babayev vəzifəsindən azad olundu
Məleykə Abbaszadə BDU-nun rektoru oldu
Ev satılıb, köhnə sahib hələ də qeydiyyatdadır: Yeni mülkiyyətçini hansı problemlər gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Banka pul qoyanları nə gözləyir? - 200 manatdan artıq faiz gəlirinə VERGİ
"İstismara verilmiş binanın üzərinə özbaşına əlavə mərtəbə tikmək ciddi təhlükəsizlik riskidir" - Muxtar Ərturan
Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdə ÖDƏNİLƏCƏK
Etibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
BDU-nun müəllimi rektorun qurbanı olub? - Xanımı danışdı
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Azərbaycanın valyuta ehtiyatları ÜDM-i üstələyir: Bu maliyyə üstünlüyü nə qədər davam edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Kiberdələduzluqda bir başqa yol...