ABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq.
"Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasında imzalanmış səhiyyə sahəsində əməkdaşlıq haqqında memorandumda öz əksini tapıb.
Mərasimdə Tacikistanın səhiyyə və əhalinin sosial müdafiəsi nazirinin müavini Abduxolik Amirzoda, ABŞ dövlət katibinin müavini və Sülh Korpusunun direktoru vəzifəsini müvəqqəti icra edən Kristofer Landau, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Vəsait Tacikistanın İİV və vərəmlə mübarizə səylərinin dəstəklənməsinə, eləcə də yoluxucu xəstəliklərin aşkarlanması və qarşısının alınması yolu ilə qlobal səhiyyə təhlükəsizliyinin gücləndirilməsinə yönəldiləcək.
Abduxolik Amirzoda qeyd edib ki, memorandum ölkənin səhiyyə sistemini gücləndirməyə, milli potensialı inkişaf etdirməyə və əhalinin sağlamlığına yönələn təhdidlərin profilaktikası, vaxtında aşkarlanması və tədbirlərin görülməsi imkanlarını artırmağa töhfə verəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 156 Tarix: 20 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvropa ölkələri Ukraynada mümkün sülhməramlı missiyaya hazırlaşır
Avropanın 11 ölkəsindən olan hərbi qulluqçular Polşada Ukraynada mümkün müharibədən sonrakı missiyaya hazırlıq məqsədilə hərbi təlimlər keçirirlər. Associated Press-ə istinadən xəbər verir ki, təlimlərdə minlərlə hərbçi iştirak edir. Tədbirin məqsədi Ukraynada mümkün atəşkəsdən sonra təhlükəsizlik tədbirlərini
20 noyabrPolşanın Baş naziri təcili müşavirə çağırıb
Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının naməlum uçuş obyekti tərəfindən pozulması ilə əlaqədar təcili müşavirə çağırıb. Hadisə Rusiyanın Ukraynaya kütləvi hava hücumu fonunda baş verib. Tusk "X" sosial şəbəkə hesabında bildirib ki, müşavirədə hökumət üzvləri, Polşa Silahlı Qüvvələrini
20 noyabrErmənistanda üç böyük mobil operator 241,3 min dollar cərimələnib
Ermənistanda üç böyük mobil operator təxminən 87,5 milyon dram (təqribən 241,3 min dollar) cərimələnib. "Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Rəqabətin Müdafiəsi üzrə Komissiya məlumat yayıb. Söhbət "Viva Armeniya" QSC, "Ucom" QSC və "Teleko
18 noyabrGTA VI-nı dünyada ilk onlar oynadılar
Oyun dünyasının 13 ildir səbirsizliklə gözlədiyi "Grand Theft Auto VI" (GTA VI) ilk dəfə Yeni Zelandiyada oyunçuların istifadəsinə verilib. "Qafqazinfo" xəbər verir ki, "Rockstar Games" oyunu bütün dünyada eyni vaxtda deyil, ölkələrin yerli saat qurşaqlarına uyğun olara
19 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabrRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrGürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub
Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind
20 noyabr