İƏT OA faktaraşdırıcı missiyanın yekunlarına dair BƏYANAT qəbul etdi
Sentyabrın 18-də İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti Ombudsman Aparatında mətbuat konfransı keçirib.
Sonxeber.az xəbər verir ki, tədbirdə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri müzakirə edilib.
Ombudsman Səbinə Əliyeva çıxışında 44 günlük Vətən müharibəsi dövründə Türkiyə və Pakistanın göstərdiyi mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib.
İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Şərəf Malkoç dəvətə görə Səbinə Əliyevaya təşəkkürünü bildirib. Qeyd edib ki, İƏT OA-nın nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələri əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək. Ş.Malkoç, həmçinin qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Assosiasiyanın Baş katibinin müşaviri Muhammed Caved Qani çıxışında səfərlə bağlı təəssüratlarını bölüşüb. Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinin dağıdıldığını, dini və mədəni abidələrinin məhv edildiyini gördüklərini bildirib.
Mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqinin, eyni zamanda, həyata keçirilən faktaraşdırıcı missiyanın nəticələri, xüsusilə toplanılan sübutlar müzakirə edilib.
Mətbuat konfransının sonunda faktaraşdırıcı missiyanın nəticələri ilə bağlı bəyanat qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentin gəlinindən zərif - Fotolar
Leysan yağacaq, dolu düşəcək
Gələn il pensiyalar nə qədər arta bilər? - FAİZ AÇIQLANDI
Atların əslində haradan gəldiyi ilə bağlı yeni FAKT
Pensiya, müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR
Azərbaycanda ZƏLZƏLƏ OLDU
Bakıda evdə GÜCLÜ PARTLAYIŞ: Yaralıların sayı 4-ə çatdı, ölən var - FOTO - VİDEO
Bakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ
Bazarlarda meyvə və tərəvəz UCUZLAŞDI: Yeşiyi 1 manat
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
Astronomlar xəbərdarlıq edir: Səma artıq əvvəlki kimi qaranlıq olmayacaq
XƏBƏRDARLIQ! Hava YENİDƏN PİSLƏŞƏCƏK: Leysan və sel...
Kondisioneri yayda necə düzgün təmizləmək olar?
Ürəyin ən böyük düşməni - Yalnız bu amil ölüm riskini kəskin artırır
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)