Sosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri saxlanıldı - FOTOLAR

Sosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri saxlanıldı - FOTOLARDaxili İşlər Nazirliyi tərəfindən təmassız, yəni onlayn yolla narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələrdə satışı ilə məşğul olan, bu yolla əldə olunan külli miqdarda pul vəsaitlərinin qeyri-leqal yolla dövriyyəsinə nəzarət edən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvlərinin ifşa edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirilib.

Bu barədə Sonxeber.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Tədbir zamanı əvvəlcə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən instaqram və digər sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan səhifələrin hərtərəfli monitorinqi aparılıb və əldə edilən məlumatlar təhlil edilib. Əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyən olunub ki, "İnstagram" sosial şəbəkəsində açılmış səhifələr vasitəsi ilə narkotik maddələr, əsasən "patı", "şüşə" adlanan metamfetamin və "kola", "kakos" adlanan heroinin satışı təşkil olunur. Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri "Whatsapp" ani mesajlaşma tətbiqi ilə alıcılara göndərilir. Ölkə daxilində alıcılar həmin kartlara pul ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsi ilə onlara çatdırılır. "İnstagram" sosial şəbəkəsində fəaliyyət göstərən çoxsaylı belə səhifələrin ünvanları dəqiqləşdirilib və Nazirliyin "Facebook" şirkəti ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti çərçivəsində həmin səhifələrin xarici ölkələrdən idarə olunduğuna dair rəsmi cavab alınıb.

Araşdırma zamanı müəyyən edilib ki, narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədi ilə bir-birilərini tanımadan fəaliyyət göstərirlər və iki əsas hissəyə ayrılırlar. Şəbəkəyə daxil olan birinci dəstə əsasən narkotik vasitələrin istifadəçilərindən ibarət olmaqla xaricdəki narkotacirlər üçün ölkə ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olublar. Yəni, həmin narkotacirlərin "Whatsapp" ani mesajlaşma sistemi vasitəsi ilə göndərdikləri ünvanlara narkotik maddələri çatdırıblar. İkinci dəstənin üzvləri isə narkotik vasitələrin satışından əldə edilən pul vəsaitlərinin leqallaşdırılmasını təmin ediblər. Bu məqsədlə onlar müxtəlif vətəndaşlara şirnikləndirici asan yolla pul qazanmaq vədi verərək adlarına, hətta bir adamın adına bir-neçə bank kartı açıblar. Daha sonra həmin kartlara narkotik vasitələrin onlayn yolla satışından əldə edilən pul vəsaitləri toplanıb.

Baş İdarə əməkdaşlarının müxtəlif vaxtlarda və məkanlarda həyata keçirdikləri əməliyyatlar zamanı ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına rəhbərlik edən şəxslər Fərqanə Nağıyeva, onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər - Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov saxlanılıb.

Dəstə üzvlərinin ətraflarında aparılan əməliyyat-axtarış tədbirlərilə müəyyən edilib ki, onlar ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən 2 minə yaxın kart hesabı açıblar. Həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı qeyd edilən kartların böyük bir qismi, həmçinin narkotik vasitələrin anbar kimi saxlanıldığı paytaxt və bölgələrdəki evlərdən isə külli miqdarda heroin, metamfetamin, psixotrop tərkibli dərmanlar, elektron tərəzilər və digər maddi sübutlar aşkar edilib.

Araşdırma zamanı dəstə üzvlərinin narkotik vasitələrin satışı zamanı kart hesablarına toplanan pullar vasitəsi ilə internet üzərindən müxtəlif kriptovalyutalar və həmin ölkəyə idxal edilən digər məhsullar alaraq xaricdəki narkotacirlərə göndərdikləri müəyyən edilib.

Əməliyyat zamanı dəstənin xaricdə yaşayan başçılarından, yəni narkotacirlərin də bir neçəsinin şəxsiyyəti müəyyən edilib və onların saxlanılaraq yaşadıqları ölkələrdə məsuliyyətə cəlb edilmələri və ya Azərbaycana ekstradisiya olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 193-1.3.1(mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırlması), 206.4, 234.4.1, 234.4.3 və 240.3.1 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma) maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.

Sosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri saxlanıldı - FOTOLARSosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri saxlanıldı - FOTOLARSosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri saxlanıldı - FOTOLARSosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri saxlanıldı - FOTOLARSosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri saxlanıldı - FOTOLARSosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri saxlanıldı - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1089   Tarix: 21 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək

"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format

27 oktyabr
.

İki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - Video

Xəbər verdiyimiz kimi, dünən saat 14:00 radələrində, Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, DİN-in Baş DYP İdarəsi qəzaya uğrayan avtomobildə texniki nasazlığı

28 oktyabr
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26 oktyabr
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27 oktyabr
.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

27 oktyabr
.

Xalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib

Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində iki gün ərzində silsilə tədbirlər keçirilib. İlk olaraq Naxcıvan Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi məhdud fiziki imkanlilar ucun Regional İnformasiya Mərkəzində xalq artist

28 oktyabr
.

Uşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?

Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qrupların

27 oktyabr
.

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye

27 oktyabr