Ana oğlunun adına əxlaqsızlıq yuvası açdı: "Müştərilərdən pulu oğlu alırdı" - "Tamerlan" kafesində baş verənlər

Ana oğlunun adına əxlaqsızlıq yuvası açdı: "Müştərilərdən pulu oğlu alırdı" - "Tamerlan" kafesində baş verənlərQubada qadınları fahişəliyə cəlb etməkdə, əxlaqsız yuva saxlamaqda təqsirləndirilən Zeynəb Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Cinayət işində zərərçəkmiş şəxs qismində Özbəkistan vətəndaşı Maftunahon Yusupova və Azərbaycan vətəndaşı Fəqanə Mehdiyeva (ad soyad şərtidir) tanınıb.

Sonxeber.az xəbər verir ki, Lent.az həmin cinayət işi materiallarını əldə edib.

İttihama görə, Zeynəb Məmmədova Qubada "Tamerlan" kafesinin sahibi olub. Həmin kafe restoran kimi fəaliyyət göstərib. Kafedə eyni zamanda masaj salonu da olub. Masaj salonunda isə müştərilərə həm də intim xidmətlər göstərilib. Özbəkistan vətəndaşı Maftunahon Yusupova da Z.Məmmədova tərəfindən zorla cinsi istismara məruz qoyulub. Özbəkistan vətəndaşının şikayəti əsasında polis əməkdaşları kafedə əməliyyat keçirib və Z.Məmmədovanı saxlayıb. Həmin əməliyyat zamanı F.Mehdiyevanın da Z.Məmmədova tərəfindən fahişəliyə cəlb olunduğu məlum olub.

Z.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 144-1.1-ci ( insan alveri), 243-cü (fahişəliyə cəlb etmə), 244-cü (əxlaqsız yuvası saxlama) maddələri ilə ittiham verilib.

İstintaq və məhkəmə dövründə Z.Məmmədova barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin icraatında baxılıb.

Məhkəmədə ifadə verən Z. Məmmədova ittiham üzrə özünü təqsirli bilməyib.

O, əvvəllər Quba rayon Nəqliyyat Müəssisində işləyib. Özünün Səhmdar Cəmiyyəti olub. 2003-cü ildə bölgü olduğu üçün həmin dövrdə olan müdiriyyət tərəfindən Quba şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən, hazırda "Tamerlan" kafesi adı altında işlətdiyi obyekt ona 99 illik müqavilə əsasında verilib.

Qadın məhkum bu barədə belə danışır:

"Sonralar yeni müdiriyyət gəldi və həmin obyektin əlimdən alınması üçün müxtəlif cəhdlər etdi və məni şərləyərək həbs etdirdilər. Bu qurulmuş işdir".

Z.Məmmədova ifadəsində göstərib ki, 22 fevral 2019-cu ildə Özbəkistan vətəndaşı olan Maftunahon onun kafesində işləyən digər Özbəkistan vətəndaşı Gülçöhrə adlı qızın yanına gəlib:

"Mən səhəri gün Maftunahonı orada görüb kim olduğunu soruşdum, Gülçöhrə də həmin qızın onun rəfiqəsi olduğunu və Bakı şəhərində sevgilisi tərəfindən döyüldüyü üçün onun yanına gəldiyini bildirdi. Əvvəlcə Maftunahonın kafedə qalmasına etiraz etdim, lakin Gülçöhrə dedi ki, Maftunahon kafedə 1 gün qalıb gedəcək. Mən o qızı heç zaman cinsi istismara məruz qoymamışam. Ayın 24-də gecə saatlarında Elmar adlı biri kafeyə gəldi. Maftunahonu mənim tərəfimdən kafedə saxlandığını bildirdi. Mən Elmara kafedən çıxıb getməsini bildirəndən sonra Quba rayon polis şöbəsinin əməkdaşları kafeyə gələrək guya mənim Maftunahonu orada girov kimi saxladığımı bildirdilər. Sonradan məni və işçiləri polis şöbəsinə apardılar".

Z.Məmmədova bildirir ki, nə Fərqanəni, nə də Maftunahonu cinsi istismara məruz qoymayıb:

"Maftunahonun qaldığı otağın açarı işçilərin hamısında olub. Heç bir zaman kafedə əxlaqsızlığa yol verməmişəm. Maftunahon yalan ifadə verib, mənə qarşı ifadə verən qadınlar hamısı şər atırlar".

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Maftunaho Yusupova bildirib ki, "Tamerlan" adlanan kafedə Zeynəb tərəfindən istismar edilib. Zeynəb onun azadlığını məhdudlaşdırıb fahişəliyə cəlb etmək istəyib:

"Zeynəbin kafesinə Özbəkistandan tanışım olan Gülçöhrə vasitəsilə gəldim. Çünki Gülçöhrənin ad günü idi. Həmin günün səhəri Zeynəb kafeyə gəldi, Gülçöhrəni icazəsiz aş bişirib yediyinə görə döyməyə başladı. Mən bu vaxt Zeynəbə etirazımı bildirdim, dedim ki, belə hərəkət etməsin. Zeynəb həmin vaxt mənimlə mübahisə etdi, üstümə qışqırdı. Hündür səslə dedi ki, kafesində ondan xəbərsiz heç kim heç bir şey edə bilməz. Həmin vaxt Zeynəbin nə demək istədiyini başa düşmədim, səhərə kimi kafenin arxasında yerləşən otaqda qaldım. Kafedə işləyən Fərqanə masaj olan otaqlara girib çıxır, çıxanda saçları gah yaş, gah da quru olurdu. Onun hansı işlə məşğul olduğunu soruşam da o, birmənalı olaraq bir şey bildirmədi. Kafeyə gəldikdən bir gün sonra xəstələndim. Müştərilərdən biri köməklik göstərdi, boğazımı sarıdı, dərman verdi. Kafedə olduğum müddətdə gördüm ki, Zeynəb qadınlarla çox kobud davranır. Bir dəfə kafedə işləyən Sevili ondan pul gizlətdiyinə görə tənbeh etdi və hədələdi ki, onu narkotiklə tutdura bilər".

Zərərçəkən qeyd edib ki, orada olduğu ikinci gün Zeynəb onunla söhbət etmək istəyib: "Yanına getdim. Mənə dedi ki, kafenin saunasında saatı 100 manata işləyə bilər, elə müştəriləri var ki, həmin pulu ona verəcəklər. 100 manatın 70 manatını ona verməliyəm, qalan 30 manatı isə mənim olacaqdı. İşin mahiyyətini soruşanda dedi ki, iş kişilərlə cinsi münasibətdə olmaqdır. Zeynəbin bu təklifini qəti rədd etdim və bildirdim ki, kafedən çıxıb gedəcəm. Zeynəb isə düşünmək üçün mənə vaxt verəcəyini bildirdi. Həmin vaxt anladım ki, kafedə Fərqanə sauna otağında kişilərlə cinsi əlaqədə olur. Kafedə olan digər qadınlar, yəni Sevil, Ülviyyə, Gülçöhrə isə xidmətçidirlər. Sabahı gün Zeynəb kafeyə gəldi, əsəbi idi. Məni görən kimi niyə boş dayandığımı, müştərilərlə nə üçün görüşüb cinsi əlaqədə olmadığımı soruşdu. Mən də etiraz etdim ki, bu gün də rəfiqəmin yanında qalıb gedəcəyəm, lakin burada fahişəlik etməyəcəyəm. Bundan sonra Zeynəb məni əli ilə itələməyə başladı, danışa-danışa gecələdiyim otağa saldı. Həmin otaqda Zeynəb məni sillə ilə vurdu. Onun boğazından tutmaq istəyəndə, məni təpiklə vurub yerə yıxdı. Qapını üzümə bağladı, pəncərədən qaçmaq istəyəndə gördüm ki, pəncərə dəmir barmaqlıqlarla bağlıdır. Geri baxanda qapının bağlandığını gördüm. Bir qədər qışqırdım, kömək istədim. Kafedə işləyən qadınlar Zeynəbdən məni buraxmasını istədilər, lakin o heç nədən qorxmadığını deyərək, məni buraxmadı. Həmin vaxt telefonum üzərimdə idi. Telefonum ilə yaxın münasibətdə olduğum Elmara yazdım ki, əsir götürülmüşəm. Olduğum məkanın xəritəsini də ona atdım. Üstündün 5 dəqiqə keçməmiş Zeynəb otağa girərək telefonumu zorla əlimdən aldı. Zeynəbə həmin vaxt bildirdim ki, xəstəyəm, boğazım şişib. Kömək istədim, lakin Zeynəb heç bir şeyə məhəl qoymadı. Kafedə işləyən Fərqanə gəlib qapının ağzında mənimlə maraqlandı, sonuncuya bildirdim ki, onun kimi fahişəliklə məşğul olmaq fikrim yoxdur".

Özbəkistan vətəndaşı bildirib ki, bir neçə saatdan sonra kafedə işləyən qadınlar otağa daxil olub:

"Dedilər ki, Elmar kafeyə gəlib, məni axtarır. Hamam otağından qaçmaq istəyəndə Zeynəb məni yolda tutdu. Söyə-söyə otağa saldı. Hədələdi ki, polis gəlsə səsimi çıxartmayım, yoxsa mənim üçün çox pis olar. Bundan sonra Zeynəb otaqdan çıxdı. Bir qədər sonra polis əməkdaşları olduğum otağa gəldilər. Mənimlə şifahi sorğu-sual apardılar, araşdırma ilə bağlı Quba Rayon Polis Şöbəsinə aparıldıq. İfadə verdikdən sonra Zeynəblə üzləşdirildim".

Zərərçəkən qadın deyib ki, istintaq gedən dövrdə telefonuna zəng gəlib: "Bir nəfər dedi ki, Zeynəbin işi ilə bağlı ona yaxınlaşım. Səbəbini soruşdum. Dedi ki, mənə 5000 manat pul veriləcək. Mən razı olmadım. Quba Rayon Polis Şöbəsində ifadə verib çıxdıqdan üç gün sonra Zeynəb mənimlə əlaqə saxladı. Mənə təklif etdi ki, 5000 manat pul versin, şikayətimi geri götürüm. Mən bu təklifindən imtina etdim. Bundan sonra hər ay tanımadığım müxtəlif şəxslər zəng edərək mənə şikayətimi geri götürmək üçün 5000 manat pul təklif edirdilər. Bu səbəbdən istifadəmdə olan mobil nömrəni dəyişdim. Zeynəbdən şikayətçiyəm".

Digər zərərçəkən Fərqanə Mehdiyeva ifadəsində qeyd edib ki, "Tamerlan" kafesində çalışıb:

"2016-cı ildən orda işləyirəm. Həmin vaxt Zeynəb mənə dedi ki, həm kafedə işləyəcəm, həm də gecələr orda qalacam. Bunun müqabilində mənə 10 manat pul verəcək. İşim orda qabları yumaq, ortalığı təmizləmək idi. Lakin bir müddət sonra Zeynəb pulu kəsməyə başladı. Orada işçilərlə çox kobud münasibətdə olduğu üçün hamı ondan çəkinirdi. Mən pulun kəsildiyinə etiraz etdim. O isə mənə pulu müştərilərdən qazanmalı olduğumu dedi. Daha sonra mənə masaj salonunda iş verdi. Mən orda həm masaj edirdim, həm də istəyən şəxslərlə cinsi münasibətdə olurdum. Hətta hər gün mənə qalan 30-40 manat pulun də yarısını məndən alırdı".

F.Mehdiyeva deyib ki, Zeynəb onu heç bir zaman ölümlə hədələməyib, sadəcə olaraq onun maddi çətinlikləri olduğunu bildiyi üçün əmək haqqını kəsib. Məcbur edib ki, kafedə fahişəliklə məşğul olsun:

"2016-cı ildən 2019-cu il tarixə kimi Zeynəbin işlətdiyi kafedə fahişəliklə məşğul olmuşam. Müştərilərdən pulu ya Zeynəb, ya Zeynəbin oğlu Tamerlan, onlar olmayanda isə mən almışam. Zeynəb hər müştəridən 30-40 manat pul alanda mənə həmin puldan 15-20 manat verib. Zeynəb məni hədələyirdi ki, aldığım pulu onlardan gizlətsəm, ya da bu barədə polisə məlumat versəm, məni narkotiklə şərləyib həbs etdirəcək. Gün ərzində 3-4 müştəri ilə cinsi əlaqədə olmuşam. Zeynəbdən qorxduğum üçün kafedən çıxıb gedə bilməmişəm. İbtidai istintaq zamanı ifadə verərkən heç bir təzyiq göstərilməyib. Əvvəlcə ifadə verəndən sonra Zeynəb mobil telefon vasitəsilə əlaqə saxladı, nə üçün ona qarşı ifadə verdiyimi soruşdu. Dedi ki, ona qarşı verilən ərizələri, şikayətləri geri götürüm, mən razılıq vermədim. Ondan şikayətçi deyiləm".

Məhkəmənin hökmü ilə Z.Məmmədova 7 il azadlıqdan məhrum edilib. O məhkəmə zalında həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5645   Tarix: 22 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA

Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə

26 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu

27 oktyabr
.

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)

Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə "Ceyhu

27 oktyabr
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

27 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Çıxarışsız ev almaq: Ucuz mənzil, yoxsa böyük tələ? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil bazarında çıxarışsız evlər daha ucuz qiymətə təklif olunduğu üçün bəzi alıcılar belə mənzillərə üstünlük verirlər. Lakin sənədi olmayan evin alınması gələcəkdə mülkiyyət hüququnun rəsmiləşdirilməsi, mənzilin başqa şəxsə satılması və əmlak üzərində hüquqların qorunması baxımından ciddi problemlə

27 oktyabr