Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)
Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Sonxeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Mirağayev Cəlal Miryaqub oğlunun oktyabrın 23-də qəsdən öldürülməsi faktı ilə bağlı Xətai rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İlkin istintaqla müəyyən edilib ki, Cəlal Mirağayevlə ("Ceyhun Sabunçu" ləqəbli) Rəhimov Emin Qoşqar oğlu ("Sabunçu Emin" ləqəbli) arasında borcla bağlı yaranmış mübahisənin həll edilməsi məqsədilə kriminal aləmlə əlaqəli olan digər şəxslərin iştirakı ilə 23.10.2026-cı il tarixdə, saat 00 radələrində qeyd olunan restoranda təşkil edilən görüş zamanı tərəflər arasındakı münaqişə fiziki qarşıdurmaya çevrilib və ictimai qaydanın kobud şəkildə pozulması ilə müşayiət olunan dava baş verib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 164 Tarix: 27 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq
26 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrAzərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı
25 oktyabrPeşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA
Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın
26 oktyabr"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə
26 oktyabrAzərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25 oktyabr