Allahşükür Paşazadə İranın ali rəhbərinin nümayəndəsinə cavab verdi

Allahşükür Paşazadə İranın ali rəhbərinin nümayəndəsinə cavab verdiQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ərdəbil məscidinin imamı Ağayi Amulininin səsləndirdiyi fikirlərə münasibət bildirib.

QMİ-nin mətbuat xidmətindən AZXEBER.COM-a daxil açıqlamada deyilir:

"44 günlük Vətən müharibəsinin birinci ildönümü, şəhidlərimizin Anım günləri, həmçinin, İmam Hüseyn Əleyhissəlamın 40-ı - Ərbəin ərəfəsində Ərdəbil məscidinin imamının səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində təəssüflə qarşılanmış, dindarların haqlı narazılığına səbəb olub. Bu məsələ ilə bağlı dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bildiririk ki, Ağayi Amulininin məlum çıxışı, əlbəttə ki, İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət etmir. Ərdəbil kimi qədim, zəngin tarixə malik bir Azərbaycan şəhərində, dini-mədəni irsimizə həmişə ehtiram bəsləyən bir icmanın hüzurunda belə bir çıxışı özünə rəva bilmək azı hörmətsizlikdir. İran İslam Respublikasının da etiraf etdiyi kimi, Azərbaycan öz torpaqlarını - Qarabağı azad etməklə ərazi bütövlüyünü bərpa edib. İndi isə bu torpaqlarda öz suveren hüquqlarını, beynəlxalq qanunlara uyğun olaraq möhkəmləndirməklə, erməni barbarlarının dağıtdığı, tarmar etdiyi evlərimizi, viran qoyub donuz tövləsinə çevirdiyi məscidlərimizi, məhv etdiyi mədəni-mənəvi irsimizi bərpa və yenidənqurma işləri apardığı zaman bu uğurlara bizimlə bərabər ağayi Amulinin də sevinməsi məntiqi olardı. Lakin təəssüf ki, Ərdəbil məscidinin imamı qəsbkarların, separatçıların vandal əməllərinə göz yummağı tərcih etdi. Biz dindarlar, möminlər yəqin ki şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq.

Dindarlar, din xadimləri Uca Allahın hökmünə istinadən insanları doğru yola, haqq yoluna, ədalətə dəvət etməliyik. Müqəddəs Kitabımızda buyurulduğu kimi: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mücadilə et. Şübhəsiz ki, yolunu azanları da, doğru yolda olanları da Rəbbin yaxşı tanıyır" (Nəhl, 125).

Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirə biləcək belə çıxışlar mehriban qonşuluq, İslam həmrəyliyi ruhuna təmamilə ziddir. Qarabağ münaqişəsi bitib. Zənnimizcə, Ağayi Amulinin xütbələrini bu səmtə yönəltməsi münasib olardı.

Allah haqq yolunda olanlara yardımçı olsun!".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3060   Tarix: 22 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda hantavirus yayılıb? (RƏSMİ)

Bir sıra Avropa ölkələrində hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxma faktları varmı?. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarə

12 may
.

Londonda azərbaycanlı qadın vəfat etdi - Foto

İngiltərədə azərbaycanlı qadın vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Xeyli müddətdir bu ölkədə yaşayan Natəvan Qasımzadə dünyasını dəyişib. 34 yaşlı Natəvanın hamiləliklə əlaqədar qəfil vəfat etdiyi bildirilib. Qeyd edək ki, N.Qasımzadə "Westminster"

12 may
.

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

Gəncə Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Məmmədov 5 il azadlıqdan məhru

13 may
.

Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?

Son günlərdə hantavirusla bağlı xəbərlər dünyada diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb. Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus "MV Hondius" kruiz laynerində hantavirusla bağl

11 may
.

Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı

Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb

13 may
.

Hərbçilərimiz ermənilərin gedərkən basdırdığı minaya düşüb

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. "Qafqazinfo" xəbər verir ki, bu, işğaldan azad edilmiş ərazilərdə baş verən il

12 may
.

Tanınmış estetik mərkəzin əməkdaşları hakim qarşısında

"UĞUR 77" estetik mərkəzdə yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyeva barədə açılan cinayət işinin məhkəmə araşdırması başlayıb. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxr

12 may
.

"Ermənistan regionda sülh və sabitlik tərəfdarıdırsa, silahlanma kontekstində addımları sual doğurur" - DEPUTAT

"Ermənistanda seçkilər yaxınlaşdıqca xarici qüvvələr mövcud normallaşma və həssas sülhə ziyan olacaq addımlar atırlar. Bu gün nədənsə ortaq sülh gündəliyinə zərbə vurmaq istəyənlərə adekvat cavab Ermənistandan gəlmir. Regiondan kənar qüvvələr Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasın

13 may
.

Suriya WUF13-ə nümayəndə heyəti göndərəcək

Azərbaycan və Suriya Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Suriya nümayəndə heyətinin Bakıya səfərinə hazırlıq məsələlərini müzakirə ediblər. xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb. "Azərbaycanın Dəməşqdəki müvəqqəti işlə

11 may