Atasızlığın rəsmi...
Uşağa sakit dayanmağı, ağıllı olmağı, yerdən əyilib nəsə götürməməyi, "tok"un "cızza" olduğunu başa salmağa nə var ki? Beyni ağ vərəq kimidir, nə yazsan, nə desən, o da yaddaşında qalacaq.
Amma oğulsan, gəl vətənin ana olduğunu hələ bir neçə ildən sonra öyrənəcək şəhidin azyaşlı övladına atasızlığı izah elə...
Çətindir, həm də çox çətin...
Bu ona görə çətindir ki, fizioloji olaraq uşağın bu yaşda şəhid, düşmən, torpaq, azadlıq anlayışı olmur. İzlədiyi cizgi filmlərində axı bunlardan bəhs edilmir - baxdığı "Maşa və Medved"dir, eşitdiyi də "Cırtdan" nağılı. Şəhərin mərkəzi küçəsində cizgi film personajlarını görüb, onları həqiqi bilib üstünə qaçıb oynamaq istəyən uşağa atasızlığı necə başa salasan axı? Uşaq haradan bilir axı, əslində, onlar çörək pulu qazanan dayılardır, əmilərdir...
Necə başa salasan ki, təkcə nağıllar "Biri vardı, biri yox"la başlamır.
Axı gerçəkliyin də bir "Biri vardı, biri yox"u var...
Nağıllardan tam fərqli, tam real...
Axı o Nüsrət Kəsəmənlinin şeirindəki "Atalıydı, analıydı uşaqlar, bizim evdə biri vardı, biri yox"u başa düşəcək yaşda deyil...
Bu gün həm də bir çox uşağın məktəbə qədəm qoyma yaşı idi. Sosial şəbəkələr, küçələr elə rəngarəng görünürdü ki... Məktəbə gedən birincilər, "yeriyən çantalar" o qədər xoş təəssürat bağışlayırdı, adam elə dünyanın bu andaca donub qalmasını istəyirdi ki, bu mənzərə pozulmasın, belə də qalsın.
Ta ki, Vətən Müharibəsində şəhid olan mayor Səyavuş Kəlbalıyevin oğlu Hümbətin ürəkdağlayan fotosunu görənə qədər. Bu il məktəbə qədəm qoyan Hümbət, ilk öncə atasının məzarını ziyarət edib. Sonra da göz yaşlarını saxlaya bilməyərək yanındakı azyaşlıya sarılıb. Bu, atasızlığın ən kədərli rəsmi idi...
Nə bilim, Hümbət bəlkə də "Biri vardı, biri yox"un gerçəkliyini özü artıq başa düşüb. Amma bu, atasının məzarı başında çəkilən foto kimi o qədər çətindir ki, sözlə ifadə etmək mümkün deyil.
Bildiyimə görə, müharibə vaxtı Hümbət atasına məktub yazıbmış. Yazıb ki, salam, ata, necəsən? Sənin üçün çox darıxmışam, mənə məktub yaz, səni çox sevirəm!
Axı necə başa salasan ki, məktuba cavab gəlməyəcək, cənnətdə poçt xidməti yoxdur.../Qafqazinfo

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2957 Tarix: 22 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü
Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb
26 oktyabrRamiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye
27 oktyabrAzərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is
28 oktyabrBenzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI
Avropa İttifaqında 2035-ci ildən yeni avtomobillərin emissiyalarına dair nəzərdə tutulan məhdudiyyətlər avtomobil sənayesində elektrikli nəqliyyat vasitələrinə keçidi sürətləndirə və bazarda ciddi dəyişikliklərə səbəb ola bilər. Bu proses benzin və dizellə işləyən avtomobillərin istehsalına, satışın
28 oktyabr"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı
Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad
27 oktyabrAvtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabr