Azərbaycanda iylənmiş ət satılır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə aparılan reyd zamanı İmişli rayonu ərazisində yaşayan İbrahimov Bəxtiyar Hacıəhməd oğluna məxsus 30-BJ-945 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilib.
Lent.az məlumat verir ki, baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kiloqram iribuynuzlu heyvana məxsus ət aşkarlanıb. Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Təyin olunan müvafiq ekspertizalarla aşkar olunmuş ətin istehlak üçün tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması öz təsdiqini tapıb. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 120 kq ət məhv edilib, araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 938 Tarix: 24 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Akif İslamzadənin son durumu açıqlandı
Tanınmış müğənni Akif İslamzadənin vəziyyəti stabildir. Bu barədə -a sənətçinin oğlu Ayxan İslamov məlumat verib. O bildirib ki, atasının səhhətində müsbət irəliləyiş müşahidə olunur:. "Vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün özü ayağa qalxıb, gəzib, rəngi də yaxşıdır, danışır. Hər gü
11 mayHərbçilərimiz Kəlbəcərdə minaya düşdü
Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdak
11 mayBakıda 26 yaşlı motosikletçi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - ANBAAN GÖRÜNTÜSÜ
Mayın 10-u saat 06 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, 8 Noyabr prospektində hərəkətdə olan 99-M-279 nömrəli motosiklet yolda
11 mayAğır qəzada ölən 48 yaşlı İbrahimin - Fotosu
Xəbər verdiyimiz kimi, dünən Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Qaragüney kəndində baş verən zəncirvari qəzada 48 yaşlı İbrahim Səxavət oğlu Qurbanov həlak olub. Qeyd edək ki, hadisə zaman
13 maySabah 31 dərəcə isti olacaq
Azərbaycanda mayın 13-də havanın 31 dərəcə isti olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətl
12 may20 günün əsgəri vəfat etdi
Azərbaycan Ordusunun əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib. -a istinadla xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib. Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir. Qeyd edək ki, o, 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. Əsgər Hüseyn Əsədov bu gün Binə qəbiristanlığında torpağ
11 mayİstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər
Gəncə Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Məmmədov 5 il azadlıqdan məhru
13 may