"Məcburiyyətlə əldə olunan nəticə nevroza səbəb ola bilər" - Psixoloq
İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisi, dövlətin gələcəyidir. Onların düzgün formalaşması, fiziki və mənəvi inkişafı naminə yeni nəsli idmana həvəsləndirmək, idmanı onların həyatının ayrılmaz hissəsinə çevirmək üçün nə etmək olar? Bundan əlavə, mənəvi inkişafla bağlı onlara milli-mənəvi dəyərləri, kökümüzə bağlılığı, vətənpərvərlik ruhunu aşılamaq üçün hansı işlər görülməlidir?
Sonxeber.az mövzu ilə bağlı psixoloq Aygün Cəfərovadan münasibət öyrənib.
O bildirir ki, insan fərd olaraq doğulur, şəxsiyyət olaraq formalaşır:
"Bu formalaşmada 25% genetikanın, 25% ailənin, 25% isə ətraf mühitin, universitetin, məktəbin təsiri var. Yerdə qalan 25% isə artıq müəyyən yaş həddinə çatandan sonra insanın öz üzərində işlədiyi mənfi, müsbət xüsusiyyətlərin dəyərləndirilməsi, müəyyən vərdişlərin əlavə olunmasından asılıdır.
İnsanın fiziki və mənəvi inkişafında onun psixikasının rolu çox önəmlidir. Yəni bir uşağın, gəncin, yeniyetmənin həm fizioloji, həm mənəvi cəhətdən düzgün inkişaf etməsi üçün ilk olaraq onun emosiyalarına önəm verilməlidir, uşaq ailə tərəfindən sevgi ilə təmin olunmalı, ona bir şəxsiyyət kimi yanaşılmalı, böyük insan kimi hörmət olunmalıdır. Uşaq olmağına baxmayaraq, ona bir böyük kimi münasibət göstərilsə, həm fiziki, həm də mənəvi cəhətdən düzgün bir şəxsiyyət yetişmiş olar.
Ümumiyyətlə, uşaqların idmana həvəsləndirilməsində də ailənin rolu böyükdür. Həmişə buna çox rast gəlirəm ki, valideynlər uşaqlarına "kitab oxu", "idmanla məşğul ol" kimi tövsiyələr edirlər, lakin özləri həmin tövsiyələrə əməl etmirlər. Halbuki ən gözəl tərbiyə üsulu əməli üsuldur. Məcburiyyətlə idmana göndərmək, kitab oxutdurmaq, hər hansı bir vərdişi aşılamaq faydasız olar. Çünki məcburiyyətlə əldə olunan nəticə bir müddət sonra insanlarda nevroza səbəb ola bilər.
Uşaq və gənclərimizə ilk öncə ailə dəyərləri aşılanmalıdır. Bununla paralel olaraq, vətənpərvərlik ruhu, milli-mənəvi dəyərlərimiz, kökümüzə bağlılıq aşılanmalı, ailədə qəhrəmanlarımız haqqında söhbətlər aparılmalıdır. Eyni zamanda, valideynlər də milli-mənəvi dəyərləri yüksək tuturlarsa, həmin ailədə formalaşan uşaqlarda mənəvi duyğular yüksək olur".
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1344 Tarix: 24 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli
26 oktyabrMetro stansiyalarında ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar
27 oktyabrMarketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə
27 oktyabrAzərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK
Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin
27 oktyabrAzərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
27 oktyabr"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabrAğac kəsən kişinin arvadı faciəli şəkildə öldü
Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb
26 oktyabr