Yağışlı hava nə vaxta kimi davam edəcək?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Sonxeber.az xəbər verir ki, Xidmətin sentyabrın 25-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub. Yağan güclü yağış nəticəsində Qəbələdə Dəmiraparan çaydan və Qəbələ rayonu Tikanlı kəndi Tikanlı çayından sel keçir.
Düşən yağışın miqdarı Əyriçay Başdaşağılda (Oğuz) 39.0 mm, Sarıbaşda (Qax) 46.0 mm, Gədəbəydə 27.0 mm (aylıq normanın 56%-i), Kişçayda (Şəki) 25.0 mm (aylıq normanın 37%-i), Balakəndə 24.0 mm, Göygöldə 23.0 mm (aylıq normanın 50%-i), Zaqatalada 23.0 mm, Şəkidə 20.0 mm, Astara, Daşkəsəndə 17.0 mm, Yardımlıda 16.0 mm, Qusar, Şəmkirdə 14.0 mm (aylıq normanın 72%-i), Qubada 13.0 mm, Qəbələdə 12.0 mm, Lənkəran, Tovuzda 11.0 mm, Gəncədə 10.0 mm (aylıq normanın 59%-i), Xaltan, Oğuzda 7.0 mm, Şabranda 6.0 mm, Biləsuvarda 5.0 mm, Lerik, Balakən, Naftalan, Ceyrançöl, Mingəçevirdə 5.0 mm, Yevlaxda 4.0 mm, Ağstafada 3.0 mm, Cəfərxan, Bərdədə 2.0 mm, Tərtər, Göyçay, Kürdəmir, Sabirabad, Salyan, Hacıqabul, Nabran, Qobustan, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.
Gəncə stansiyasının məlumatına əsasən, sentyabrın 24-dən 25-nə keçən gecə Kəpəz dağına qar yağıb.
Şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 24 m/s, Tərtərdə 23 m/s, Bərdədə 22 m/s, Tovuz, Neftçala, Gəncədə 20 m/s, Ceyrançöldə 18 m/s, Mingəçevir, Yevlax, Kəlvəzdə 16 m/s, Şərur, Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Sumqayıtda 21 m/s, Qum adasında 20 m/s, Maştağa, Neft Daşları, Pirallahı, Binədə 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək. 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, 27-si əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2903 Tarix: 25 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli
26 oktyabrMetro stansiyalarında ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar
27 oktyabrMarketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə
27 oktyabrAzərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK
Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin
27 oktyabrAzərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
27 oktyabr"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabrAğac kəsən kişinin arvadı faciəli şəkildə öldü
Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb
26 oktyabr