"Qələbə xəbərini cənab Prezidentin xalqa müraciəti ilə öyrəndim" - Tamam Cəfərova ilə MÜSAHİBƏ"

"Qələbə xəbərini cənab Prezidentin xalqa müraciəti ilə öyrəndim" - Tamam Cəfərova ilə MÜSAHİBƏ"Deputat Tamam Cəfərova Sonxeber.az-ın 44 günlük Vətən müharibəsində ölkəmizin istər döyüş meydanında, istərsə də diplomatik və digər sahələrdə əldə etdiyi möhtəşəm qələbə və onun qorunması istiqamətində atılacaq addımlarla bağlı suallarını cavablandırıb.

- Tamam xanım, Vətən müharibəsinin başlamasından 1 il ötür. İlk qələbə xəbərini kimdən eşitdiniz və həmin an keçirdiyiniz hissləri bizimlə bölüşməyinizi istərdik.

- Düşünürəm ki, bu xəbər, hamı kimi, mənim üçün də gözlənilməz oldu. Sentyabr ayının 27-dən etibarən bütün Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin müraciətlərini, tvitlərini səbirsizlik və həyəcanla gözləyirdi. Demək olar ki, 44 günün hər günü cənab Prezident yeni müjdə verirdi. Noyabr ayının 9-dan 10-a keçən gecə televiziya qarşısında xəbərləri izləyirdim. Saat 2-3 radələrində aparıcı cənab Prezidentin yarım saat sonra xalqa müraciət edəcəyini anons etdi. Əlbəttə, bu xəbəri fərqli və daha böyük bir həyəcanla qarşıladım. Ona görə ki, xüsusilə Şuşanın işğaldan azad olunması xəbərindən sonra daha möhtəşəm bir xəbərin gələcəyini gözləyirdim. Doğrusunu desəm, həmin anonsdan sonra nə qədər vaxt keçdiyini bilmədim. Qələbə xəbərini cənab Prezidentin xalqa müraciəti ilə öyrəndim və onu da deməliyəm ki, o an sevinc göz yaşları ilə keçirdiyim hissləri ifadə etməkdə çətinlik çəkirəm. Onu deməliyəm ki, o an sevincdən daha çox qürur hissi yaşayırdım. Çünki bu, sadəcə qələbə deyil, düşmənin kapitulyasiya aktını imzalaması idi. Bu, eyni zamanda, hərbi-siyasi qələbə idi. Ona görə ki, bu qələbə nəticəsində üç rayonumuz bir güllə atmadan, heç bir itki vermədən geri qaytarılırdı. Belə möhtəşəm tarixi anları yaşadığım üçün Allaha şükür edir və, hər bir azərbaycanlı kimi, qürur, fərəh və sevinc hissi keçirirdim.

- Tamam xanım, ötən bu bir il ərzində Qarabağda başladılan quruculuq və infrastrukturun yenidən qurulması ilə bağlı görülən işlərin nə zaman yekunlaşması gözlənilir?

- Bildiyiniz kimi, ermənilər 30 il ərzində işğalda saxladıqları bu torpaqlarda böyük talan və dağıntılar həyata keçirib, sözün həqiqi mənasında daşı daş üstündə qoymayıb. Evlər, sosial obyektlər, məscidlər, mədəni, tarixi və dini abidələr, infrastruktur – bir sözlə yaşama, sivilizasiyaya aid nə varsa, hər şey məhv edilib. Odur ki, bütün bunların yenidən bərpa edilməsi, müasir tələblər səviyyəsində yenidən formalaşdırılması uzun vaxt və böyük maliyyə vəsaiti tələb edən bir məsələdir. Ona görə də bütün bu işlərin tam olaraq nə zaman, hansı tarixdə başa çatacağını qabaqcadan söyləmək, bununla bağlı qəti tarix demək mümkün deyil. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və ətraf rayonlarda həyata keçirilən quruculuq işlərinin miqyas və əhatəliyinə nəzər salsaq, deyə bilərik ki, yaxın bir neçə il ərzində bu torpaqlarımızda müasir kənd və qəsəbələr, müasir şəhərlər yaradılacaq, "ağıllı kənd", "ağıllı şəhər" layihələri uğurla başa çatdırılacaq. Şuşa şəhərində bir sıra sosial-mədəni layihələrin müvəffəqiyyətlə gerçəkləşməsi, Cəbrayıl, Zəngilan rayonlarında kənd təsərrüfatı xarakterli layihələrin həyata keçirilməsi və s. kimi addımlar buna nümunədir.

- 44 günlük Vətən müharibəsi dünyaya Azərbaycanı gücünü göstərməklə yanaşı, dostumuzu və düşmənimizi də bizə göstərdi. Təəssüf ki, 44 gün ərzində terrorçunu dəstəkləyənlər hələ də öz oyunlarını davam etdirməkdədirlər. Bu oyunlar qarşısında dövlət və diaspora təşkilatları hansı addımları atmalıdır?

- Əslində dövlətimizin bununla bağlı atdığı addımlar, yürütdüyü siyasət məlumdur. Xatırladım ki, Prezident, Ali Baş Komandan İlham Əliyev hələ 44 günlük Vətən müharibəsi dönəmində dünyanın ən qabaqcıl media orqanlarına, televiziyalarına verdiyi müsahibələrdə sadəcə erməni faşizmini deyil, onu himayə edən qüvvələri də ifşa etmiş, Ermənistana havadarlıq edən dövlətlərə xəbərdarlıq ünvanlamışdı. Prezident bildirmişdi ki, Ermənistanı silahlandıran, ona hərbi-siyasi baxımdan dəstək verən qüvvələr öz məqsədlərinə çata bilməyəcək, Azərbaycan ordusu Ermənistana verilən silah-sursatı, texnika və raketləri məhv etməkdə davam edəcək, necə ki, Vətən müharibəsi dönəmində, cəmi 44 gün içində Azərbaycan ordusu düşmənin hərbi potensialının 80%-ni məhv etdi və onu ağır məğlubiyyət uğratdı.

Təbii, bu gün Ermənistanı himayə edən qüvvələr, müəyyən mərkəzlər var ki, bu qüvvələr bundan sonra da ifşa edilməli, beynəlxalq qınaq obyektinə çevrilməlidir. Bu məsələdə diaspor təşkilatlarının üzərinə xüsusilə böyük məsuliyyət düşür. Diaspor təşkilatlarımız təmsil olunduqları ölkələr də, erməni faşizmi ilə yanaşı, ona dəstək verən, bu faşizmi dirçəltməyə çalışan qüvvələri ifşa etməli, onların sadəcə Azərbaycan deyil, sivil, demokratik dünya, beynəlxalq sülh üçün nə qədər təhlükəli olduğunu müxtəlif media orqanları, sosial şəbəkələr, digər platformalar vasitəsi ilə öz cəmiyyətlərinə göstərməlidirlər.

- Dövlətimiz tərəfindən hər zaman şəhid və qazi ailələrinə xüsusi diqqət, qayğı vardır. Bundan sonra da şəhid ailələrinin və qazilərimizin sosial durumunun yaxşılaşdırılması istiqamətində hansı addımların atılması gözlənilir?

- Şəhid və qazi ailələrinə diqqət və qayğı dövlət siyasətimizin prioritet məsələlərindən biri, mən deyərdim ki, birincisidir. Ölkəmizdə şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobillə təmin olunur. Şəhid ailələrinin, qazilərin məşğulluq probleminin həllinə, sosial ehtiyaclarının yüksək səviyyədə qarşılanmasına, hərtərəfli qayğıyla əhatə olunmasına mühüm diqqət yetirilir.

Xatırladım ki, 1997-2021–ci illər ərzində şəhid ailələri və müharibə əlillərinə 10 mindən çox mənzil və fərdi ev verilib. Bununla yanaşı, 2021–2025–ci illərdə isə, 11 minədək ev və mənzillərin şəhid ailələrinə və müharibə əlillərinə verilməsi nəzərdə tutulub ki, bu da dövlətin şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə olan münasibətindən, sevgi və qayğısından xəbər verir.

Əminliklə deyə bilərəm ki, biz yaxın gələcəkdə şəhid ailələri və qazilərin bütün sosial problemlərinin tam və yüksək səviyyədə həllinə, onların sosial rifahının daha da yüksəldilməsi istiqamətində yeni, sistemli addımların atılmasına şahid olacağıq. "YAŞAT" Fondunun yaradılması, ölkə başçısının bununla bağlı verdiyi çoxsaylı göstərişlər, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu müstəvidə sərgilədiyi qətiyyət və iradə, mühüm dövlət proqramlarının qəbulu şəhid ailələri və qazilərimizlə bağlı məsələlərin bundan sonra da dövlətimiz üçün öncəlik təşkil edəcəyini göstərir.

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1512   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr
.

Aylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ

Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni

27 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bili

27 oktyabr
.

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclsiin bugünkü iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. Layihəy

27 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar

27 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr