"Şəhid olduğu yeri qucaqlayıb öpmək istəyirəm" - Milli Qəhrəmanın atası
Vətən Müharibəsinin Anım Günü münasibətilə şəhidlərin ziyarəti davam edir. Vətəndaşlar eyni zamanda İkinci Fəxri xiyabanda polkovnik Şükür Həmidovun, general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər şəhidlərin məzarlarını ziyarət ediblər.
Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov və ailə üzvləri də ziyarətə qoşulublar. N.Həmidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qələbə bizə hava və su kimi lazım idi: "Qələbə də qurbansız olmaz. Belə bir ifadə var:
Geyib əsgər paltarını, silahlandı qəhrəman,
Onun polad sinəsinə sığışmadı ürəyi.
Həqiqətən də, bizim Prezidentimiz əsgər forması geyindi, geniş ürəyinə, polad sinəsinə sığmadı onun ürəyi. Məğlub xalq adı onun rəhbərliyi altında üzərimizdən götürüldü, xalqının önünə düşərək, cəsarətlə bizə qalib xalq adını verdi. Mən buradan möhtərəm Prezidentimizə bütün xalqımız adından öz salamımı çatdırıram, arzu edirəm ki, elə bu sürətlə də, bu cəsarətlə də addımlasın. Xalqımıza arzu edirəm ki, bu birliyi, həmrəyliyi qorusun. Əgər bu birlik olmasa idi, biz qalib ola bilməzdik. Bütün xalqımıza xoşbəxtlik, firavanlıq, daim qalibiyyət arzulayıram".
N.Həmidov qeyd edib ki, oğlu Şükür çox vətənpərvər olub: "Bəzən olurdu ki, çay içdiyi yerdə deyirdi ki, "ay ata, biz burada pürrəngi çay içirik, torpaqlarımız düşmən tapdağı altındadır". Mən də həmişə deyirdim ki, "oğul, hər şeyin bir vaxtı var, narahat olma". Heç vaxt düşünməzdim ki, belə bir hadisə yaxın vaxtda baş verəcək.
Müharibə vaxtı tez-tez danışırdıq, özü də çox zarafatcıl adam idi. Bir az zarafat edirdi ki, narahat olmayaq. Axırıncı dəfə oktyabrın 19-da zəng etdi, dedi ki, "ata bəlkə getdik siz tərəfə", Qubadlını nəzərdə tuturdu. Dedim, oğul, dizlərini qoy yerə, bizim kənddə bir bulaq var, Nağıl bulağı, oradan doyunca su iç, dedi ki, "ata, hələ tezdir". Getdi, Qubadlını qucaqladı, amma sudan içə bilmədi. Şükürün şəhid olduğu yeri ziyarət etmək, qucaqlamaq, öpmək istəyirəm.
Çox şükürlər olsun ki, torpağımızı azad edə bildik. Möhtərəm Prezidentimizin dəmir yumruğu altında torpaqlarımızı işğaldan azad etdik. Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Mehriban xanıma buradan təşəkkürlərimi çatdırıram, yaralılarımıza yardımlar edir.
Allah bu günü xalqımıza çox görməsin. Azad, firəvan yaşamaq üçün çalışaq".
Fotoda: Milli Qəhrəman Şükür Həmidov

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 908 Tarix: 27 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü
Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb
26 oktyabrAylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ
Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni
27 oktyabrErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas
27 oktyabr"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27 oktyabrTelekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclsiin bugünkü iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. Layihəy
27 oktyabrMetro stansiyalarında ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar
27 oktyabrKafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli
26 oktyabr