II Qarabağ müharibəsində qohumu şəhid olan MƏŞHURLAR - FOTO
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmaq üçün minlərlə igid oğullarımız ön cəbhəyə yollandı. Qəhrəmanlarımız qanları və canları bahasına düşmənə sarsıdcı zərbələr endirərək şərəfli tarix salnaməsi yazdılar.
Təbii ki, heç bir müharibə ağrısız və acısız olmur. II Qarabağ müharibəsində də bir çox oğullarımız ən uca məqam olan şəhidlik zirvəsinə yüksəldilər. Onlar arasında azərbaycanlı məşhurların da qohumları var.
BAKU.WS II Qarabağ müharibəsində qohumu şəhid olan məşhurları təqdim edir:
Xalq artisti Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun oğlu İsrafil İbrahimov Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində iştirak edib. Laçın uğrunda gedən döyüşlərdə isə şəhid olub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən şəhid İsrafil İbrahimov Ağdamda dəfn edilib.
Müğənni Nadir Qafarzadənin yaxın qohumu isə Aprel döyüşlərində şəhid olub. Sənətçinin dayısı nəvəsi Novruzov Ravil Tərtərdə gedən döyüşlərdə zamanı dünyasını dəyişib. Sənətçi verdiyi müsahibələrindən birində qohumunun vəfatına inana bilmədiyini və dərin kədər hissi keçirdiyini bildirib.
Müğənni Vasif Məhərrəmlinin qohumu Silahlı Qüvvələrin baş leytenantı və hərbi tibb qulluqçusu, şəhid Adil Əfəndiyev də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərdəndir. Sənətçinin qohumu oktyabrın 22-də Xocavənd istiqmətində gedən döyüşlər zamanı düşmən gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Bu haqda sənətçi şəxsi instaqram hesabında məlumat verib.
Xalq artisti Əli Nurun oğlu Rövşən Nuruzadə də Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdandır. Baş leytnant olan Rövşən oktyabrın 6-da Şuşada snayperlə vurularaq şəhid olub.
Əməkdar artist Məlahət Abbasovanın qohumu da Vətən müharibəsində şəhid olub. Bu haqda sənətçi sosial şəbəkə hesabında özü məlumat verib. 21 yaşlı qohumu Rövşənin II Qarabağ müharibəsi zamanı şəhadətə yüksəldiyini qeyd edən sənətçi, onun fotosunu paylaşaraq, ata və anasına baş sağlığı verib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1779 Tarix: 27 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü
Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb
26 oktyabrAylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ
Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni
27 oktyabrErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas
27 oktyabr"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27 oktyabrTelekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclsiin bugünkü iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. Layihəy
27 oktyabrMetro stansiyalarında ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar
27 oktyabrKafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli
26 oktyabr