2 il əvvəl öldürülən kişinin meyiti tapıldı: Üstünə ağır əşyalar bağlayıb... - FİLM KİMİ CİNAYƏT
İmişlidə 2 il əvvəl qətlə yetirilən şəxsin meyiti tapılıb. Çınqıl karxanasının gölündən tapılan meyitin 2 il əvvəl qətlə yetirilən şəxs olduğu ehtimal olunur.
Sonxeber.az-ın APA-ya istinadən məlumatına görə, Füzuli rayonunun Horadiz qəsəbəsindən olan 52 yaşlı Verdiyev Polad Ərşad oğlu 2019-cu il iyulun 20-də itkin düşdüyü barədə polis şöbəsinə məlumat daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, itkin düşən P.Verdiyevi yaxın qohumu, əslən Füzuli rayonundan olan İmişli rayonunun Çaxırlı kəndində məskunlaşan 62 yaşlı İsayev Qərib Bahadur oğlu dəmir parçası ilə vuraraq öldürüb. Daha sonra cəsədi yaxınlıqda yerləşən çınqıl karxanasının su ilə dolu dərin katlovanına atıb. Katlavanın böyük ərazini əhatə etməsi və çox dərin olması meyitin axtarılıb tapılmasını çətinləşdirib. Qətli törədən şəxs meyitin üstünə ağır əşyalar bağlayıb və sonra suya atıb. Bu gün səhər saatlarında meyit sudan çıxarılıb.
Meyit müayinə olunmaq üçün İmişli Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə aparılıb. Meyitin üzərində və başında törədilən cinayətin əlamətləri aşkar edilib.
Meyitdən DNT analizləri götürülüb.
Qeyd edək ki, qətli törədən İsayev Qərib Bahadur oğlu Lənkəran Ağır cinayətlər məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsi ilə 17 il azadlıqdan məhrum edilib. Şirvan Apellyasia məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Faktla bağlı İmişli rayon Prokurorluğunda əvvəllər açılmış cinayət işi davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1850 Tarix: 27 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü
Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb
26 oktyabrAylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ
Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni
27 oktyabrErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas
27 oktyabr"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27 oktyabrTelekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclsiin bugünkü iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. Layihəy
27 oktyabrMetro stansiyalarında ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar
27 oktyabrKafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli
26 oktyabr