Günəbaxan yağının bu ziyanından xəbəriniz var?
Qranada Universiteti (İspaniya) alimləri aşkar ediblər ki, günəbaxan yağının gündəlik istehlakı ağır qaraciyər xəstəliklərinin inkişafına səbəb ola bilər.
Araşdırmanın nəticələri Journal of Nutritional Biochemistry jurnalında dərc olunub.
Sonxeber.az saglamolun.az-a istinadən bildirir ki, tədqiqatçılar zeytun və günəbaxan yağının sağlamlığa olan təsirini araşdırıb. Eksperiment siçovullar üzərində aparılıb. Bir qrup heyvanlara zeytun, digərinə günəbaxan yağı verilirdi. Bir müddətdən sonra heyvanların qaraciyəri müayinə olunub. Hər gün günəbaxan yağını istehlak edən siçovulların qaraciyər hüceyrələrində dəyişikliklər aşkar olunub ki, bu dəyişikliklər qaraciyərin piylənməsinin riskini artırır.
Qaraciyərin piylənməsi zamanı orqanın hüceyrələri zədələnir, iltihablaşır, distrofiyaya uğrayır. Piylənmənin fonunda sirroz və xərçəng kimi ağır xəstəliklərin inkişafı riski dəfələrlə artır.
Araşdırma göstərib ki, zeytun yağı istehlak edən heyvanların qaraciyərinin vəziyyəti daha sağlamdır.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1994 Tarix: 30 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrQara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
8 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabrAlimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19 oktyabrGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabr