Dövlət qurumları qışa hazırdırmı? - AÇIQLAMA

Dövlət qurumları qışa hazırdırmı? - AÇIQLAMAArtıq payız fəslindəyik. Son günlər hava şəraitinin kəskin soyuması dövlət qurumlarının qışa hazırlıq məsələsini gündəmə gətirib.

Bəs aidiyyatı qurumlar qış fəslinə hazırdırlarmı? Bu istiqamətdə hansı işlər görülür?

Məsələ ilə bağlı Sonxeber.az-a "Azərişıq "ASC-nin mətbuat xidmətinin rəisi Vaqif Aydınoğlu açıqlama verib.

O bildirib ki, "Azərişıq" ASC respublika ərazisində qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün genişmiqyaslı tədbirlər həyat keçirib:

"Artıq Səhmdar Cəmiyyətdə mövsümi xarakterli işlərin görülməsi tədricən tarixin arxivinə qovuşur. Belə ki, həyata keçirilən yenidənqurma və bərpa işləri müasir metodlarla aparıldığından, bu tədbirlər bütün fəsillər üçün keçərlidir.

Qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

"Azərişıq" ASC müasir elektrik enerjisi təchizatı sistemlərini elə formalaşdırır ki, təbiət hadisləri, kənar müdaxilə faktorları istehlakçıların fasiləsiz enerji təminatına daha az təsir etsin. Abonentlərimizin hər hansı bir sualı yaransa, dərhal 199 qısa nömrəsi, yəni Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. 24 saat fasiləsiz xidmət göstərən "Qəza Xidməti"nin operativ müdaxiləsi nəticəsində baş verən nasazlıq, xarakterinə görə uyğun olaraq, qısa vaxt ərzində aradan qaldırılacaq.

Paylayıcı şəbəkələrin yenilənməsi, gücləndirilməsi və müasirləşdirilməsi prioritet hədəflər olmaqla yanaşı, elektrik enerjisi itkilərinin azaldıması da xüsusi diqqətdə saxlanılır".

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da mövzuya münasibət bildirib.

Onun sözlərinə görə, sazlama təmir işləri, kollektora baxış quyularının yuyulması, təmizlənməsi işləri həyata keçirilir:

""Azərsu" Səhmdar Cəmiyyəti avqust ayından qışa hazırlıq proqramı çərçivəsində kanalizasiya kollektorlarının, baxış quyularının, kanalizasiya nasos stansiyalarının monitorinqini aparıb, sazlama təmir işləri, kollektora baxış quyularının yuyulması, təmizlənməsi işlərini həyata keçirib. Biz ötən ilin təcrübəsindən bilirik ki, sentyabr ayından Bakıda yağışlı mövsüm başlayır, ona görə hazırlaşma istiqamətində tədbirlərimizi artıq görmüşük. İki gün bundan əvvəl aşlayan və davam edən leysan xarakterli yağışdan sonra artıq biz həmin xətləri yenidən yumağa başlamışıq. Yayda, demək olar ki, uzun müddət yağış yağmır. Yağış, sel şəhərin küçələrində olan toz, tikinti meydançalarındakı qum və palçığı kanalizasiya kollektorlarına doldurmaqla ötürücülük qabiliyyətini aşağı salır. Ona görə birinci yağışdan sonra həmişə xətləri yuyuruq ki, ötürücülük qabiliyyəti tam bərpa olunsun.

"Azərsu" Səhmdar Cəmiyyətinin bu gün mövcud infrastrukturları payız, qış mövsümünə hazırdır və bizim bu istiqamətdə də tədbirlərimiz davam etdirilir".

Aysel Səfərzadə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1557   Tarix: 01 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr
.

Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?

Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)

Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə "Ceyhu

27 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr