Rafael Cəbrayılovun borclarını kim ödəyəcək? - AÇIQLAMA

Rafael Cəbrayılovun borclarını kim ödəyəcək? - AÇIQLAMAVəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunan, bu gün müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edən Milli Məclisin sabiq üzvü Cəbrayılov Rafael Kamil oğlu barəsində açılan cinayət işinə xitam verilə bilər.

Bu barədə Oxu.Az-a Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
Rafael Cəbrayılovun borclarını kim ödəyəcək? - AÇIQLAMAVəkilin sözlərinə görə, cinayət təqibini istisna edən hallardan biri də şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsidir:

"Bu halda onun barəsində cinayət təqibinə xitam verilir. Ancaq burada ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilir. Yəni, məhkəmə baxışının gedişində cinayət təqibinə şəxsin ölümü ilə əlaqədar xitam verilirsə, buna ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi halda isə müdafiəçinin razılığı ilə yol verilir.

Təqsirləndirilən şəxsin hüquqi varisi onun hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri hesab edilir.

Qanunvericiliyin tələbinə görə, təqsirləndirilən şəxs öldükdə cinayət prosesini həyata keçirən orqan şəxsin öldüyü vaxtdan 3 gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir.

Təqsirləndirilən şəxsin hüquqi varisi ölmüş şəxsin həmin cinayəti törətmədiyini və cinayət təqbininin davam etməsini istəyirsə, cinayət təqibi davam edir. Məhkəmədə həmin şəxsə qarşı ittihamlar təsdiqini tapmasa, ölmüş şəxslə bağlı cinayət işinə bəraətverici əsasla xitam verilir".

Vəkil mərhumun borcları ilə bağlı məsələnin tənzimlənməsi ilə bağlı məsələyə də münasibət bildirib:

"Əgər şəxs dünyasını dəyişən zamana qədər hər hansı borcu varsa, həmin borc onun mirasını qəbul etmiş şəxslərə keçir. Qanunla onun mirasını kim qəbul edirsə, həmin borcların da ödənilməsini də o həyata keçirməlidir. Təbii ki, əgər mirası qəbul edən şəxs varsa".

Qeyd edək ki, mətbuatda yayılan və indiyədək təkzib edilməmiş məlumatlara görə, Rafael Cəbrayılov 8 nəfəri müxtəlif vədlərlə aldadaraq onların ümumilikdə 1 milyon 550 min dollar pulunu mənimsəyib. Həmin şəslər aşağıdakılardır:

Təranə Fətəliyeva - 300 000 dollar,

Məlahət Qurbanova - 580 000 dollar,

Xatirə Nəcəfova - 200 000 dollar,

Yusif Orucov - 200 000 dollar,

Aynur Kazımova - 100 000 dollar,

Şəfa Məmmədova - 80 000 dollar,

Bəşir Məmmədov - 60 000 dollar,

Allahverdi Səfərəliyev - 30 000 dollar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2308   Tarix: 30 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr
.

Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?

Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)

Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə "Ceyhu

27 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr