Azərbaycanda ilin ən səs-küylü qətlləri - FOTOLAR

Azərbaycanda ilin ən səs-küylü qətlləri - FOTOLAR2021-ci ilin başa çatmasına 90 gündən artıq vaxt qalsa da, ötən 9 ay müddətində Azərbaycanda kifayət qədər səs-küylü qətl hadisələri baş verib.

"Qafqazinfo"nun məlumatına görə, sentyabrın 30-da Bakının Nizami rayonunda polis nəfəri İsmayıl Məmmədovun həyat yoldaşı Xanım Məmmədovanı elə polis bölməsində qətlə yetirməsi də, 2021-ci ildə baş verən və ən çox rezonans doğuran hadisələrindən biri kimi yadda qaldı.

Bu il daha bir səs-küylü və dəhşətə gətirən hadisə isə may ayında baş verib. Mayın 31-i gecə saatlarında paytaxtın Sabunçu rayonunda Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun öz xanımı Pərvanə Əhmədovanı tüfənglə atəş açaraq öldürməsi də uzun müddət cəmiyyətdə müzakirələrə səbəb oldu.
Azərbaycanda ilin ən səs-küylü qətlləri - FOTOLARBu qətl hadisəsi Fəqan Əhmədovun 10 il azadlıqdan məhrum edilməsi ilə nəticələndi.

Ölümlə nəticələnən daha bir cinayət hadisəsi isə Bakının Xətai rayonunda yerləşən "Beerlin pub"da qeydə alınıb. İaşə obyektinin mühafizəçisi Orxan Şahbazov məkanda müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.
Azərbaycanda ilin ən səs-küylü qətlləri - FOTOLARMaraqlıdır ki, yuxarıda qeyd edilən digər iki cinayət kimi, bu hadisə də ay sonu, yəni avqustun 30-da baş verib.

Əlavə edək ki, hadisədən dərhal sonra saxlanılan Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib. O, bir sıra məşhur simaların özəl mühafizəçisi də olub.

Bu il baş verən daha bir səs-küylü cinayətdə qurban yenə qadın olub. Belə ki, avqustun 19-da Bərdə sakini, 1996-cı il təvəllüdlü Fəqan Cabbarov yaşadıqları Uğurbəyli kəndinin yaxınlığındakı əkin sahəsində 27 yaşlı bacısı Nərminə Behbudovanı bıçaqlayaraq qətlə yetirib.
Azərbaycanda ilin ən səs-küylü qətlləri - FOTOLARƏn çox müzakirələrə səbəb olan tükürpədən cinayətlərdən daha biri sentyabrın əvvəlində Lənkəranda qeydə alınıb. Burada 1979-cu il təvəllüdlü Şaiq Məmmədov Zövlə kəndi ərazisində keçən çayda əvvəlcə bıçaqla 9 yaşlı oğlu Vahid Məmmədlini öldürüb, sonra isə özü intihar edib.

Sentyabrda azyaşlının ölümü ilə nəticələnən daha bir ağır hadisə də baş verib. Bu dəfə Goranboyda 11 yaşlı Fərid Təhməzov qətlə yetirilib. Hadisəni törədən isə Fəridin anası Gülayət Təhməzova və onun qeyri-rəsmi olaraq birgə yaşadığı Anar Məmmədov olub. Onlar uşağı döyərək öldürüb, sonra isə rayon ərazisindəki qamışlığa atıblar.
Azərbaycanda ilin ən səs-küylü qətlləri - FOTOLARMaraqlıdır ki, anası sevgilisi ilə bu hadisəni törətməmişdən əvvəl oğlunun guya itkin düşməsi ilə bağlı polisə məlumat vermişdi.

İlin səs-küyə səbəb olan qətl hadisələrindən daha biri isə avqustun 25-də Bakının Binə qəsəbəsində baş verib. Burada Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağası oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Fərəcova Xatirə Ramazan qızına 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Azərbaycanda ilin ən səs-küylü qətlləri - FOTOLARƏri Xatirəni çalışdığı gözəllik salonuna az qalmış - işə çatarkən öldürüb. Qətlin törədilməsinə Fərəcova Xatirənin ərindən boşanmaq istəməsi səbəb olub.

Qeyd edək ki, Xatirə Fərəcova 3 uşaq anası olub. Məlumata görə, o və uşaqları tez-tez əri tərəfindən döyülürmüş.

Ağlasığmaz növbəti cinayət hadisəsində də öldürülən qadın olub. Aprelin 28-də Lerik rayonunun ucqar Barzavu kəndində 40 yaşlı kənd sakini Zəkifə Fərziyeva yaşadığı evində kənddə mollalıq edən Murad Əsgərov adlı şəxs tərəfindən qətlə yetirilib.
Azərbaycanda ilin ən səs-küylü qətlləri - FOTOLARBelə ki, Murad Əsgərov qonşuluqda yaşayan Zəkifənin evdə tək olduğunu bilərək gizli şəkildə mənzilə girib və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. 3 uşaq anası olan qadın qışqırmağa başlayıb və "evə oğru girib" deyərək qonşularını köməyə çağırıb. Qadının qışqırdığını görən M.Əsgərov cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazını kəsərək, onu amansızlıqla qətlə yetirib.

Molla öldürdüyü qadının dəfnində dua oxuyub, qatili söymüşdü.

Gəncədə də bir ay itkin kimi axtarışda olan, sonradan isə sevgilisi tərəfindən qətlə yetirildiyi məlum olan 19 yaşlı Pərvin Musayevanın ölümü də səs-küyə səbəb olan cinayətlərdəndir.

Hadisənin baş verməsinə gəlincə, cütlük Sərdarın maşınında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini deyib, oğlan isə bununla barışmayıb.

Məlumata görə, Pərvin ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini bildirib. Sərdar isə onu boğaraq öldürüb.
Azərbaycanda ilin ən səs-küylü qətlləri - FOTOLARBundan sonra Sərdar qızın bütün bədənini "skoç"la bağlayıb və məişət tullantılarının atıldığı əraziyə apararaq oraya atıb.

Qeyd edək ki, Pərvinlə Sərdar Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1843   Tarix: 01 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr
.

Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?

Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)

Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə "Ceyhu

27 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr