Bakı tıxac dərdindən bu vaxt QURTULACAQ - Vaqif Əsədov AÇIQLADI

Bakı tıxac dərdindən bu vaxt QURTULACAQ - Vaqif Əsədov AÇIQLADISon günlər Bakı şəhərində ciddi tıxaclar müşahidə olunur. Paytaxt sakinləri həm şəxsi avtomobillərində, həm də avtobuslarda 30 dəqiqə, bəzən 1 saata qədər tıxaclarda qalmalı olur.

Bu, əsasən Bayıl qəsəbəsindən "Azneft" dairəsi istiqamətində, Bakı-Sumqayıt yolunda, Qara Qarayev prospektində və digər ərazilərdə baş verir.

Bütün bunlar isə sakinlərin mənzil başına gec çatmaları ilə nəticələnir.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-ın suallarını Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov cavablandırıb. O hesab edir ki, Bakı şəhərindəki tıxacları faciə kimi qiymətləndirmək olmaz:

"Bütün inkişaf etmiş ölkələrin paytaxtlarında bu vəziyyət yaranır. Problemin həlli üçün əsas məqamlardan biri hərəkət istiqamətlərinin kəsişmələrinin minimuma endirilməsidir.

Bunun üçün bir çox ölkələrdə, məsələn Sinqapurda, Yaponiyada, Çində və digər ölkələrdə mərtəbəli yollardan istifadə olunur. Ölkəmizdə 1 milyon 400 min nəqliyyat vasitəsi var. 700 mindən artıq nəqliyyat vasitəsi Bakı şəhərində qeydiyyatdadır.

Bütövlükdə ölkənin nəqliyyat vasitələrinin 72 faizi sırf Bakı şəhərində idarə edilir. Bundan başqa Bakıda 300-dən artıq işıqforla tənzimlənən yol birləşməsi, 700-dən artıq yol kəsişməsi, tunellər, körpülər və digər yol ötürücüləri hərəkətlə bağlı müxtəlif problemlərə gətirib çıxarır".

V.Əsədov qeyd edib ki, Bakıda baş verən ləngimələr tıxac deyil, sıxlıq kimi qəbul edilməlidir:

"Təhsil müəssisələrinin böyük qisminin Bakıda yerləşməsi və əyani tədrisin bərpası da sıxlığı artıran səbəblərdəndir.

Universitetlərin, məktəblərin, əmək fəaliyyətinin sırf Bakı şəhər ərazisində olması da sıxlıq yaradan əsas səbəblərdəndir. Mərdəkan, Şüvəlan, Buzovna, Qaradağ, Ələt, Abşeron və Sumqayıtdan paytaxta iş və təhsil üçün gələnlərin sayı kifayət qədərdir.

Belə bir göstəricisi olan şəhərdə pik saatlarda müəyyən ləngimələrin olması tamamilə təbiidir. Bunu dramatikləşdirmək olmaz.

Tıxac nəqliyyat vasitələrinin uzun müddət hərəkətsiz qalmasıdır. Bu sıxlığın da özlüyündə müxtəlif səbəbləri var. Ümumi istifadədə olan yollara daha yaxın təhsil ocaqları, müəssisələr var.

Bu məktəblərin qarşısında hər gün avtomobil sürücüləri tərəfindən dayanma və durma prosesləri yerinə yetirilir, bu da həmin yollarda süni sıxlığın yaranmasına səbəb olur".

Şöbə rəsi bildirdi ki, bu gün hər bir yol polisi əməkdaşı gücləndirilmiş iş rejimində xidmət edir:

"Bu mənada vətəndaşlardan mümkün olduğu halda ictimai nəqliyyatdan istifadə etməsini xahiş edirik. Tıxacların qarşısını almaq üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Yolların genişlənməsi günün tələblərinə uyğun aparılır. Yerüstü və yeraltı piyada keçidləri, tunellər tikilir və müxtəlif struktur dəyişikliyi aparılır.

Əsas məqamlardan biri sürücü və piyada münasibətlərində də etik normalardır. Hesab edirəm ki, işğaldan azad edilən ərazilərə köç başladıqdan sonra şəhərin üzərindəki yük azalacaq. Tıxaclarla bağlı məsələ də öz həllinə qovuşmuş olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2216   Tarix: 01 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr
.

Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?

Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)

Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə "Ceyhu

27 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr