Məhkəmə hakimi arvadını "içkini tərgit" iradından sonra öldürüb - TƏFƏRRÜAT

Məhkəmə hakimi arvadını "içkini tərgit" iradından sonra öldürüb - TƏFƏRRÜATSabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun arvadını niyə öldürməsinin detalları məlum olub.

Oxu.Az istintaq materiallarına əsasən bildirir ki, 1976-cı il təvəllüdlü Fəqan Əhmədov arvadını öldürərkən sərxoş vəziyyətdə imiş.

Fəqan Əhmədov 2006-cı ildə ailə qurub, onların bu nikahdan üç övladı dünyaya gəlib. İstintaqa verilən ifadələrdən aydın olub ki, ər-arvad arasında mehribançılıq olub, onlar arasında yalnız uşaqları danlamaq mövzusunda kiçik mübahisələr düşüb. Bu isə tərəflər arasında heç zaman böyük mübahisə yaratmayıb.

Bəs bu qətlə səbəb nə idi?

Hadisənin baş vermə anı haqqında təsəvvür yaratmağa çalışaq.

Fəqan Əhmədov 2021-ci ilin mayın 30-da Bakının Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan yaşayış massivində yerləşən bağ evində olarkən nahar yeməyində 100-150 qram miqdarında spirtli içki də içir.

Həmin gün Fəqan Əhmədovun atasının dayısı Xanlar da (şərti ad) nəvəsi ilə onlara qonaq gəlir və bir saatdan sonra çıxıb gedir.

Eyni gün saat 19:00 radələrində Fəqan Əhmədovun qonşusu da qonaq gəlir və özü ilə 0,7 litrlik araq gətirir. Qonşular yeyib-içirlər.

Saat gecə 12-nin yarısıdır, ər Fəqan Əhmədov ikinci mərtəbədən qonaq otağına düşür, divanda əyləşir və həyat yoldaşı ilə söhbət etməyə başlayır.

Söhbət zamanı aqressiv fikirlərə yer verilmir, hətta onlar deyib-gülürlər.

Fəqan Əhmədov vəziyyətinin bir az da xoş olması üçün yenə spirtli içki içir.

Bu zaman arvadı ona etiraz edir, ona içkini tərgitməsinin vacibliyini bildirir, ər da "yaxşı" deyir, lakin həyat yoldaşının etirazları səngimir.

Həyat yoldaşının narazılığının davam etdiyini görən Fəqan Əhmədov "özüm bilərəm nə vaxt tərgidəcəm" deyə cavab verir.

Fəqan Əhmədov istintaqa ifadəsində deyib ki, o, arvadı ilə zarafat etmək istəyib, bu məqsədlə yuxarı qalxaraq ov silahını götürüb.

Silahla gəldikdə isə arvadı divanda əyləşibmiş, o, silahı lüləyini zarafat məqsədilə, düz arvadının ürəyinə tuşlayrb və birdən tüfəng açılır. Onun həyat yoldaşı hadisə yerində keçinir.

Fəqan Əhmədov daha sonra tüfəngi də götürüb özünü öldürmək üçün həyətə çıxır, həyətdə olarkən uşaqlarının ağlamasını eşidib özünü öldürə bilmir və eyvandan havaya atəş açır.

Onların övladlarından biri səs-küyə gəlir, "nə oldu, mamaya niyə qışqırdı?" deyə sual verir. Atası isə onun sualına cavab verməyərək üzünü ona tutub "xahiş edirəm bağışla, istəməzdim belə alınsın, təsadüfən baş verdi" deyə cavab verir.

Fəqan Əhmədov hadisəni ehtiyatsızlıqdan törətdiyini desə də, ekspertiza fərqli nəticə çıxarır.

Ekspertizanın rəyinə əsasən, əgər döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən, o cümlədən çaxmaqları qoruyucuda olduğu vəziyyətdə tətiklər çəkilərkən silahdan öz-özünə atəş açılmır.

Məhkəmənin dəlilləri fərqlidir

Ekspertiza həm də Fəqan Əhmədov haqqında belə rəy verir ki, o, ünsiyyətçilik, səmimilik, hər kəslə yaxşı yola getmək, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, məsuliyyətlilik, təmkinlilik, konfilikdə meyilli olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Lakin bu hal da Fəqan Əhmədova veriləcək cəzanı yüngülləşdirmir.

Məhkəmə Fəqan Əhmədovun bu hadisəni qəsdən törətdiyi qənaətinə gəlir.

Məhkəmə istintaqının qənaətinə əsasən, Fəqan Əhmədov sərxoş vəziyyətdə olduğundan arvadının ona irad bildirməsini təhqir kimi başa düşüb. Bu zaman onda qisas hissi yaranın və evin ikinci mərtəbəsində saxladığı tüfəng yadına düşür.

Məhkəməyə görə, Fəqan Əhmədov tüfəngi qabından çıxararaq yenidən birinci mərtəbəyə qayıdır və onu həyat yoldaşının sinəsinə dirəyərək tətiyi çəkməklə atəş açır.

Məhkəmə şərh olunanlara əsasən müəyyən edib ki, Fəqan Əhmədov silahı doldurub atəşə hazır vəziyyətə gətirdikdən sonra avtomatik bağlanan qoruyucunu da açır.

Məhkəmənin qənaətinə əsasən, həmin hallar təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsinin birbaşa qəsdlə törədilməsini tam sübut edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 30 sentyabr tarixli hökmü ilə Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Fəqan Əhmədov isə özünü bu maddə ilə yox, 124.1-ci maddə ilə (ehtiyatsızlıqdan adam öldürmə) təqsirli bilirdi...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3113   Tarix: 01 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr
.

Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?

Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)

Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə "Ceyhu

27 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr