Azərbaycanda ata övladını məktəbə belində aparır - YENİLƏNİB + VİDEO

Azərbaycanda ata övladını məktəbə belində aparır - YENİLƏNİB + VİDEO"Həmin meşəlik ərazidə təkcə Fuad Salayevin ailəsi yaşayır. Orada toplu formada yaşayış yoxdur".

Bu sözləri Oxu.Az-a Astaranın Miki kənd icra nümayəndəsi Xəlil Zahirov deyib. Onun sözlərinə görə, əraziyə beş aydır təyin edildiyi üçün ailənin problemindən xəbərsiz olub:

"Mən orada Fuad Salayevin ailəsinin yaşadığını sosial şəbəkədə videosunu gördükdən sonra bilmişəm. Bu günə qədər mənə heç vaxt müraciət etməyib. Atası o vaxt meşəlik ərazidə ev tikib. Məsələnin bir tərəfi də var ki, tək-tək hər kəs infrastrukturdan uzaq bir ərazidə yaşayış üçün ev tiksə, dövlət onun üçün ayrıca qaz, su, işıq xətləri, yol infrastrukturu qura bilməz axı. Bütün hallarda bələdiyyə nümayəndələri həmin əraziyə baxış keçirib. Ailə ilə görüşüblər. Mən onlarla danışacağam və yekun nəticədə onlara hansı şəkildə köməklik oluna bilər, ərazidə nə kimi tədbirlər görülə bilər müzakirə ediləcək".

15:16
"2006-cı ildən bu zülmün içindəyik. Qızım artıq 7-ci sinfə keçir, hər il payız-qış aylarında onu məktəbə bu şəkildə aparıram. Yollar normal olsa, məktəblə evimizin arası 400-500 metrdir. Hər gün buz kimi suyun içindən keçib qızımı məktəbə aparıram ki, oxuyub, savadlı insan olsun, gələcəkdə mən olmayanda əzab çəkməsin".

Bu sözləri Oxu.Az-a açıqlamasında sosial şəbəkələrdə qızını kürəyində məktəbə aparması görüntüləri ilə gündəmə gələn Astaranın Miki kənd sakini Fuad Salayev deyib.

O bildirib ki, sosial şəbəkədə yayılan videodan sonra hər kəs kömək etmək üçün əlaqə saxlayır, lakin mənə şəxsi kömək lazım deyil:

"Mənim 41 yaşım var. Həyat yoldaşımın səhhətində problem var, üç dəfə əməliyyat keçirib. Əslində məktəb bizim evdən çox uzaq deyil, 400-500 metr məsafədədir. Sadəcə körpü yoxdur. Qızım Aygün evin tək uşağıdır, istəyirəm ki, təhsil alsın. Onu məktəbə min bir əziyyətlə aparıram. Ayaqlarımı soyunub hər gün buz kimi suyun içindən keçirəm. Məktəbə gedən yolu kənddən Miki çayı ayırır. Çay üzərində bir dəfə özüm körpü kimi yol düzəltdim. Lakin, cəmi bir gün çəkdi. Səhər durub gördük ki, körpü yoxdur. Bizim qaldığımız tərəfdə başqa kənd sakinləri yoxdur deyə, qonşularla ortaya pul qoyub, nəsə etmək də olmur.

Aygün artıq yeddinci sinfə keçir. Özüm də o məktəbdə müəllim işləyirəm. Hər gün 5 saat dərs keçib, qayıdıram evə. Qazancımla ailəmi güclə dolandırıram. Özümün imkanım olsa, heç kimə söz demərəm, çayın üstünə bir körpü düzəldərəm. Astara Rayon İcra Hakimiyyətinə və Miki kənd bələdiyyəsinə dəfələrlə müraciət etsəm də, cavab ala bilməmişəm. Verdikləri cavab da o olub ki, büdcədə pul yoxdur. Qış qapıdadır. Soyuqda o suyu necə keçəcəm deyə düşünürəm. Mənim səhhətimdə problem yaransa, ailəni kim dolandıracaq deyə fikir çəkirəm".

11:36
Astaranın Miki kəndində yol problemi sakinlərə çətinliklər yaradır.

Oxu.Az xəbər verir ki, sözügedən kənddə yaşayan Fuad Salayev hər gün bu problemlə qarşı-qarşıya qaldıqlarını deyir.

Onun sözlərinə görə, hər gün övladını məktəbə aparmaq üçün bu əziyyəti çəkir. Belə ki, ata hər gün ayaqqabılarını çıxarır, qızını kürəyinə alaraq çaydan qarşı tərəfə keçirir.

Həmin videogörüntüləri təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3898   Tarix: 04 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncədə 16 yaşlı oğlanın meyiti tapıldı

Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb. 16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Faktla bağlı Gəncə şəhər prokurorluğund

11 may
.

Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?

Son günlərdə hantavirusla bağlı xəbərlər dünyada diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb. Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus "MV Hondius" kruiz laynerində hantavirusla bağl

11 may
.

Akif İslamzadənin vəziyyəti açıqlandı

"Xalq artisti Akif İslamzadənin vəziyyəti ağır stabil olaraq qalır". xəbər verir ki, bu məlumatı -a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib. "Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilir. Huşu aydındır

12 may
.

Yuxu pozuntuları psixoloji problemlərin xəbərçisidir? - AÇIQLAMA

Yuxu insan psixikasının ən həssas göstəricilərindən biridir və çox vaxt daxildə baş verən emosional dəyişikliklər ilk olaraq məhz yuxu rejimində özünü göstərir. Son dövrlərdə yuxuya getməkdə çətinlik, tez-tez oyanma və ya keyfiyyətsiz yuxu kimi şikayətlərin artması bu mövzunu daha da aktuallaşdırır

12 may
.

Hərbçilərimiz ermənilərin gedərkən basdırdığı minaya düşüb

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. "Qafqazinfo" xəbər verir ki, bu, işğaldan azad edilmiş ərazilərdə baş verən il

12 may
.

Sumqayıtda bağçada mərmiyə bənzər əşyalar aşkarlanıb

Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər iki əşya aşkarlanıb. Bu barədə -ə adıçəkilən təhsil müəssisəsindən məlumat verilib. Bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizli

12 may
.

WUF13-də Startap Pavilyonu təqdim olunacaq

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq

11 may
.

20 günün əsgəri vəfat etdi

Azərbaycan Ordusunun əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib. -a istinadla xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib. Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir. Qeyd edək ki, o, 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. Əsgər Hüseyn Əsədov bu gün Binə qəbiristanlığında torpağ

11 may
.

Londonda azərbaycanlı qadın vəfat etdi - Foto

İngiltərədə azərbaycanlı qadın vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Xeyli müddətdir bu ölkədə yaşayan Natəvan Qasımzadə dünyasını dəyişib. 34 yaşlı Natəvanın hamiləliklə əlaqədar qəfil vəfat etdiyi bildirilib. Qeyd edək ki, N.Qasımzadə "Westminster"

12 may