Azərbaycanda kifayət qədər insan hələ də virusa qarşı həssasdır - RƏSMİ AÇIQLAMA
"Hazırda Azərbaycanda pandemiya ilə əlaqəli növbəti alovlanma sönməyə doğru gedir. Yeni yoluxma hallarının və aktiv xəstələrin sayında azalma müşahidə olunur. Təbii ki, bu saylar bizi arxayın salmamalıdır".
Sonxeber.az xəbər verir ki, bunu "report"a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
O, əhalini qoyulan qaydalara ciddi əməl etməyə çağırıb:
"Tibbi maska taxılmalı, gigiyenik qaydalara əməl edilməli və sosial məsafə gözlənilməlidir. Çünki narahatlıq üçün əsas var.
Son zamanlar xeyli yumşalmalara gedilib. Bu da özlüyündə insanlar arasında təmasın artmasına xidmət edir. Bundan başqa, havaların soyuması səbəbindən insanların qapalı məkanlara toplaşması da yoluxmanın çoxalmasına səbəb yaradıb.
Belə olan halda fərdi qorunma vasitələrindən istifadə etmək və vaksinasiyadan keçməklə yoluxmanın artımının qarşısını almaq mümkündür".
Mütəxəssis-ekspert həmçinin ölkədə vaksinasiya prosesinin müsbət yöndə davam etdiyinə də diqqət çəkib:
"Azərbaycanda təxminən 4 milyona yaxın insan iki doza vaksin vurduraraq müəyyən immunitet qazanıb. Bu hələ də bizim qoyduğumuz hədəfə çatmaq demək deyil. Kifayət qədər insan hələ də virusa qarşı həssasdır.
Odur ki, peyvənd olunanlar belə qoyulan qaydalara ciddi əməl etməlidirlər. Əhali eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi müxtəlif təlimatlara uyğun davranmalıdır.
Burada vətəndaş məsuliyyətinin böyük əhəmiyyəti var. Təbii ki, bu işə ciddi nəzarət olmalıdır. Yalnız belə halda bu gün əldə edilən nəticə davamlı ola bilər".
Qeyd edək ki, bu günə qədər ölkədə 485 987 nəfər virusa yoluxub. Onlardan 464 611 nəfəri artıq sağalıb. Hazırda aktiv xəstələrin sayı 14 803 nəfər təşkil edir. Ümumilikdə 6 573 nəfər COVID-19 səbəbindən vəfat edib.
Son günlər ölkədə koronavirusa gündəlik yoluxma sayında azalma müşahidə olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 881 Tarix: 04 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA
Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın
26 oktyabrAzərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu
27 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrTelekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclsiin bugünkü iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. Layihəy
27 oktyabr"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə
26 oktyabr