"Hər addımda Azərbaycan əleyhinə siyasət aparan bu ölkənin riyakarlığı sərhəd tanımır" - Deputat

"Hər addımda Azərbaycan əleyhinə siyasət aparan bu ölkənin riyakarlığı sərhəd tanımır" - Deputatİkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbil şəhərinin Cinral parkında aksiya keçirən 12 ərdəbilli fəall barəsində qərar çıxarılıb. Oktyabrın 9-da Ərdəbilin Cəza Məhkəməsinin 102-ci bölməsinin başçısı Tahir Rəsulinin çıxardığı qərara görə, fəallar ümumilikdə 180 ay həbs, 888 qamçı cəzasına məhkum ediliblər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev İranda 44 günlük müharibədə Ermənistana göstərilən dəstəyə görə etiraz mitinqlərində fəallığı ilə seçilən gəncin edam olunması xəbərinə sosial şəbəkələrdə rast gəldiyini bildirib:

"Olduqca acı, təəssüfləndirici xəbərdir. 21-ci yüzillikdə orta əsrlərin feodal təfəkkürü ilə, əks fikir səsləndirdiyinə görə insanın ölüm cəzasına məhkum olunması molla rejiminin əsl simasının sübutudur. Acınacaqlı haldır ki, belə bir anti-insani siyasət cənub qonşumuz tərəfindən İslam dini və şəriətlə əlaqələndirilir. Halbuki İslam dininin mahiyyəti xeyirxahlıq, başqasının haqqına girməməkdən ibarətdir. Onun təməl prinsiplərindən biri kiminsə həyatına son vermək hüququnun heç kimə verilməməsi ilə bağlıdır. Məhz insan haqlarının son dərəcə kritik olduğu, milyonlarla soydaşlarımızın ana dilində təhsil almaq imkanı olmayan ölkə dünya birliyi tərəfindən təcrid vəziyyətində yaşayır.

Ermənistandan başqa, bütün qonşuları, dünyanın əksər ölkələri ilə münasibətləri düşmənçilik səviyyəsindədir. Üzdə özünü dost-qardaş kimi qələmə verən, hər addımda Azərbaycan əleyhinə siyasət aparan bu ölkənin riyakarlığı sərhəd tanımır. Məhz İranın qonşu ölkələrin, konkret olaraq Livan, İraq, Suriya və digər dövlətlərin daxili işlərinə qarışması, həmin ölkələrdə silahlı terror təşkilatları yaratması, milyonlarla insanın faciəsinə səbəb olub. Çox təəssüf ki, müstəqillik illərində bizdə də həmin şəbəkənin fəaliyyətləri nəticəsində kifayət qədər gənclər təsir altına düşüblər. Hesab edirəm ki, belə təbəqələr arasında ciddi maarifləndirmə işləri aparılmalıdır".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1557   Tarix: 12 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

"Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyev: "Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində icra edilməlidir. 2027-2030-cu illərdə proqram tam icra edilməlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr