Azərbaycanın qələbəsi İrana neçə milyarda başa gəlib?
"Azərbaycan və Türkiyənin Rusiya ilə böyük ölçüdə razılaşdığı məsələlər var. Həmin razılaşmada da regional əməkdaşlıq, bölgəsəl təhlükəsizliyin təmin olunması, iqtisadi imkanların genişləndirilməsi kimi məsələlər yer alır".
Bu sözləri Sonxeber.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.
O bildirib ki, İranı qıcıqlandıran Azərbaycanın qələbəsidir:
"Azərbaycan müharibədə qalib gələndən sonra İran tərəfindən Azərbaycana qarşı ciddi qıcıq var. Bu ondan ibarətdir ki, Qarabağın işğal olunmuş torpaqları İranın da əlindən çıxıb, burada silah, narkotik satışını həyata keçirə bilmir, həmin torpaqlarda narkotik vasitələri əkə bilmir. İranın 100-dən artıq şirkəti qeyri-qanuni şəkildə Qarabağı tarimar edirdi. İndi onu həyata keçirə bilmir. Bununla da İranın əlindən təxminən 30-40 milyardlıq çirkli valyuta itirib.
Sadəcə bu itkiləri İran qəbul edə bilmir, yoxsa onun nə Türkiyəylə, nə də İsraillə ciddi problemi yoxdur.
Bu itkilərə görə də İran Azərbaycanın üstünə gəlmək istəyir. Azərbaycan tərəfinin mövqeyi möhkəmdir və İrana qarşı demarş xarakterli addımlarla öz mesajını verir. İran qəbul etməlidir ki, Azərbaycan əvvəllki Azərbaycan deyil. Artıq Azərbaycan regional güc və ciddi faktordur. Bu, İran geri çəkilənə qədər davam edəcək".
Aytəkin CƏLALİ
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3295 Tarix: 12 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"
"Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın
22 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr