Bakıda sərxoş sürücü ilə polis arasında insident - ANBAAN VİDEO
Bakıda polislə sürücü arasında insident baş verib.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Videoda bir neçə polis əməkdaşının sürücünü zorla YPX avtomobilinə mindirməyə çalışması əks olunub.
Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ilə əlaqə saxladıq.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 10-UL-419 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü Rüstəmov Elmin Şinası oğlu idarə etdiyi maşınla üç-dörd avtomobilə zərər vurub:
"İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 333.1.3 maddələri və 342.2 bəndi üzrə yol hərəkət qaydalarını kobud şəkildə pozub. İlkin məlumata görə, şəxs alkoqol və narkotik maddənin təsiri altında olub. Buna görə də ekspertizaya aparılmaqdan imtina edib və polisin əmrinə tabe olmayıb".
O qeyd edib ki, sözügedən şəxs polis tərəfindən təqib edilməyib:
"Kameralara baxış zamanı müəyyən olunub ki, E.Rüstəmov 20 yanvar dairəsinə gələnə kimi bir neçə dəfə qaydaları pozub və xidmətdə olan polis əməkdaşı onu saxlayıb. Heç bir zor tətbiq edilməyib. Sürücü barədə toplanan materiallar Yasamal Rayon Məhkəməsinə təqdim edilib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1790 Tarix: 12 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrSabahın havası
Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər
27 oktyabrİctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü
27 oktyabrGüzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabr"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabr