Distant təhsilə qayıdış gözlənilir? - AÇIQLAMA

Distant təhsilə qayıdış gözlənilir? - AÇIQLAMAƏnənəvi təhsil sisteminə keçid həm şagird və tələbələri, həm müəllim heyətini, həm də valideynləri sevindirib. Lakin son günlər insanlar arasında məktəblərin yenidən bağlanacağı, distant təhsilə keçiləcəyi barədə şayiələr gəzir. Belə fikrin yaranmasına səbəb isə koronavirus səbəbilə bəzi siniflərin qapadılmasıdır. Bəs görəsən, bu ehtimallar nə dərəcədə doğrudur? Məktəblərin bağlanma ehtimalı varmı?

Məsələ ilə bağlı Sonxeber.az təhsil eksperti Kamran Əsədovdan münasibət öyrənib.

O bildirib ki, belə bir proqnoz inandırıcı deyil:

"İlk növbədə qeyd edim ki, tədrisin bərpası birmənalı şəkildə yoluxmaya öz təsirini göstərəcək. Çünki təkcə bizim orta ümumtəhsil məktəblərimizdə 1.6 milyon şagird, ali məktəblərdə 186 min tələbə, bundan əlavə, 200 minə yaxın müəllim heyəti var. Hər gün tədris prosesində 2 milyon nəfərdən çox insan aktiv şəkildə təmas halındadır.

Amma yoluxanların tərkibində onların sayı ümumi 2 faizdən artıq deyil. Bu gün ölkədə digər sahələr, restoranlar, xidmət və iaşə obyektləri də fəaliyyət göstərir və burada hər hansı bir ticarət mexanizmi o qədər yüksək səviyyədə deyil.

Qeyd edim ki, 22 və 29 sentyabrdan etibarən tədris prosesinin təhlilini apardıqda görürük ki, orta ümumtəhsil məktəblərində 15-ə yaxın sinifdə artıq yoluxma halları müşahidə olunub, bunların bir neçəsi qısa müddətlik bağlanıb.

Bütün hallarda, hesab edirəm ki, mövcud epidemioloji vəziyyət, vaksinasiya olunan insanların sayı tədris prosesinin yenidən qapanmaya getməsini özündə əks etdirmir. Əlbəttə, hansı sinifdə və hansı məktəblərdə yoluxma halları müşahidə ediləcəksə, yalnız həmin siniflər (əgər ümumi məktəbin 30-40 faizini əhatə edirsə) müəyyən müddət məsafədən tədrisə keçəcək. Çünki hazırda distant təhsil tələbi də ləğv edilib və yoluxmuş müəllim və şagirdlər əvvəlki resurslardan yararlana bilməyəcəklər. Hər bir halda, hazırda yoluxma rəqəmi min ətrafındadır və bu, təhlükəli hədd deyil".

Ekspert, eyni zamanda, vaksin vurduranların çox olduğunu qeyd edib:

"Digər tərəfdən artıq ölkədə 2-ci doza vaksin vurduran insanların sayı 4 milyonu keçib. Təhsil sistemində çalışanların 90 faizindən çoxu artıq vaksinasiya olunub. Təhsil müəssisələri ciddi şəkildə dezinfeksiya olunur və nəzarət mexanizmi həyata keçirilir.

Tədris prosesində qapadılma təhsilin keyfiyyətli təşkilinə ciddi şəkildə mane olacaq. Bundan ən çox tələbələr əziyyət çəkəcək. Çünki artıq 51 ali təhsil müəssisəmizdə 187 min tələbə öz yaşayış yerlərini tərk edib, kirayə evlər tutub, pul ödəyiblər. Bütün hallarda, onların tədris prosessinə yenidən onlayn şəkildə qoşulması maddi itkiyə gətirib çıxaracaq.

Ümumilikdə, kütləvi qapanma gözlənilmir. Belə bir proqnoz inandırıcı deyil. Nəzərə alsaq ki, artıq 3-cü doza vaksin vurulması prosesi başlayır, əksinə, hər yer açılmalıdır".

Aysel Səfərzadə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2811   Tarix: 12 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ

Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni

27 oktyabr
.

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye

27 oktyabr
.

Uşaq nağılında mübahisəli ifadələr: Psixoloji baxımdan nə dərəcədə doğrudur? - PSİXOLOQDAN AÇIQLAMA

Uşaqlar üçün nəzərdə tutulan nağıl kitablarının məzmunu onların yaş xüsusiyyətlərinə və psixoloji inkişafına uyğun olmalıdır. Lakin sosial şəbəkələrdə yayılan bir görüntü bu məsələdə müzakirələrə səbəb olub. Belə ki, "Qanun" nəşriyyatının çap etdiyi, 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutula

27 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

26 oktyabr
.

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur. APA-nın əldə etdiyi xəbərə görə, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayev həbs olunub

27 oktyabr
.

Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI

Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu

26 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr