İrana Zəngəzur dəhlizi ilə bağlı sadə izah: Söz sahibi Tehran yox, Bakıdır!

İrana Zəngəzur dəhlizi ilə bağlı sadə izah: Söz sahibi Tehran yox, Bakıdır!İran dövləti regionumuzda yaranmış yeni reallıqları qəbul etməməklə sabitliyin əleyhinə yönəlmiş yanlış siyasi təbliğatına hələ də davam edir. Görünür, regiondakı münaqişələrin başa çatması, kommunikasiyaların açılması, bir sözlə dinc həyat və sülhün inamla bərqərar olması İranın maraqlarına xidmət etmir. Əks halda heç bir arqumentlə İranın "mehriban qonşuluq"dan dəm vurduğu mühitdə bu cür təzadlı fikirlər səsləndirməsini və zidd mövqe nümayiş etdirməsini əsaslandırmaq mümkün deyil.

İran dövlətinin maraqlarını müdafiə edən mətbuat orqanları isə bu təzadlı mövqeyin nümayişində ön sıralarda dayanır. İran mətbuatı inadla Zəngəzur dəhlizinin yaradılmasının əleyhinə çıxışları tirajlamağa davam edir. Bu cür təxribat xarakterli yazılardan birində Zəngəzur dəhlizinin yaradılması ilə bağlı heç bir razılaşmanın olmadığı iddia edilir. Eyni yazıda 10 noyabr bəyanatına istinad olunsa da, ya riyakarlıq, ya da siyasi savadsızlıq onun düzgün təhlil olunmasının qarşısını alır. Beləliklə, İran informasiyanı təhrif etməklə özü üçün təhlükənin olması barədə süni imic formalaşdırmağa cəhd göstərir.

10 noyabr bəyanatında göstərilmiş həmin məqama diqqət edək:

"Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".

Regionda sülh və inkişaf üçün səy göstərən tərəflər məhz bu maddəyə istinad edərək Zəngəzur dəhlizi kimi tərəqqi yolunun açılmasını tələb edirlər. Lakin İran bu dəhlizi Ermənistan ərazisindən keçən tranzit yollarına təhlükə kimi qəbul edir, bütün region üçün daha əlverişli mühitin yaradılması təşəbbüslərinə sadəcə saxta qorxuları səbəbilə əngəl törətməyə çalışır.

Bəlkə də, İran dövləti Ermənistanla apardığı qanunsuz ticarət əməliyyatlarının, daşınmaların ifşasından qorxur. Çünki istənilən halda regionda kommunikasiyaların açılması, daha əvvəl mövcud olan yolların bağlanmasına səbəb ola bilməz. Yəni, İranın bununla bağlı qorxuları tamamilə əsassızdır və gizlində yatan başqa mətləbləri ört-basdır cəhdinin nəticəsi kimi qarşımıza çıxır.

Qarabağın işğalı illərində aparılan qanunsuz ticarət, İranın Azərbaycan ərazilərində müxtəlif təsərrüfat işləri aparması, qeyri-leqal yükdaşımalar və işğalçı üçün nəfəslik rolu oynamaq Tehranın nüfuzunu sarsan faktlar olaraq qalmaqdadır. Lakin İran bu gün əlinə düşən fürsətdən istifadə edib öz səhvlərini düzəltmək, həqiqətən mehriban qonşuluq siyasəti güdmək əvəzinə, özü üçün uydurma təhdid və təhlükələri ortaya atmaqla əsl niyyətini və iç üzünü ortaya qoyur.

İran Ermənistanla olan qanunsuz ticarətindən, narkotik vasitələrin gizli yollarla daşınmasından imtina edə bilmir. Beynəlxalq sanksiyaları da nəzərə alsaq, İran üçün narkotik biznesinin gəlirli bir sahə olduğunu söyləyə bilərik, ancaq istənilən halda regionda irəli sürülən təşəbbüslər İran dövləti üçün də leqal yollarla daha böyük gəlir və imkanlar vəd edir.

Bütün bunlardan imtina və Zəngəzur dəhlizini böyük təşviş fonunda inkar etmək İran üçün müsbət heç nə vəd edə bilməz. Çünki bəyanatda onsuz da "tərəflərin razılığı əsasında" ifadəsi mövcuddur. İran isə bu məsələdə tərəf olaraq iştirak etmir. Azərbaycan özünün və regionda sabitliyin tərəfdarı olan bütün qüvvələrin marağını təmin edən Zəngəzur dəhlizini açmaq üçün İranın razılığına ehtiyac duymur. Bu məsələdə İranın mövqeyinin öyrənilməsi təşəbbüsləri belə, rəsmi Bakının cənub qonşusuna etdiyi jestdən başqa bir şey deyil.

Bu gün isə İran tərəfi özünü ərköyün və şıltaq uşaq kimi aparmağa davam edir. İran var gücü ilə hay-şivən qopardığı istənilən məsələdə haqlı olduğunu düşünsə də, reallıq ortadadır. Azərbaycan dövlətinin yaratdığı yeni reallıqlar var və burada əsas söz sahibi də məhz rəsmi Bakıdır.

İran sadəcə yeni yaranmış reallıq və imkanlardan istifadə edərək, bütün regionla birgə inkişafa köklənməklə bu yanlış yoldan geri qayıda bilər. Zəngəzur dəhlizini inkar etməyə çalışarkən belə 10 noyabr bəyanatındakı yaradılacaq dəhlizin hüquqi əsasını təşkil edən bəndə istinad edəcək qədər sağlam düşüncə və siyasi səriştədən uzaq, siyasi savadı informasiyanı düzgün qəbul və şərh etməyə imkan verməyən mətbuata sahib İran bu minvalla onsuzda təcrid olunduğu dünyada daha ağır sınaqlarla üzləşə bilər.

Sonda İranda prosesləri şərh edənlərin və mövqe bildirənlərin potensialını ortaya qoyduğumuz və imkanlarını gördüyümüz üçün sadə dillə hər şeyin icmalını təqdim və izah edək:

Zəngəzur dəhlizinin hüquqi əsasını 10 noyabr bəyanatında İran tərəfinin yanlış təfsir etdiyi maddə təşkil edir. İran bu dəhlizin yaradılması prosesində söz sahibi deyil. Azərbaycan dövlətinin öz maraqlarını təmin etmək, regionda sülh və təhlükəsizlik naminə addımlar atması üçün İranın fikrinə və icazəsinə ehtiyacı yoxdur. İran sadəcə mehriban qonşu kimi bu işə can atmalı, ambisiyalarını bir kənara qoyub yeni reallıqları qəbul etməlidir…/oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2834   Tarix: 12 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

"Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyev: "Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində icra edilməlidir. 2027-2030-cu illərdə proqram tam icra edilməlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr