İki deputatın "toqquşma"sı, qovğası...

İki deputatın "toqquşma"sı, qovğası...Bu yazımızda Milli Məclisin iki "veteran" deputatı arasında soyuq münasibətlərin "qaynar" münaqişəyə keçməsi haqqında bəhs etməyə cəhd göstərəcəyik. Söhbət ali qanunverici orqanın deputatları Siyavuş Novruzov və Vahid Əhmədovdan gedir.

Mətbuatın, cəmiyyətin bu iki deputatdan hansını üstün tutduğuna dair mülahizələrdən uzaq bir şəkildə münasibətlərdəki gərginliyin kökünə getməyə çalışacağıq.

Siyavuş Novruzovla Vahid Əhmədovun arasında dərin uçurum var, amma buna şəxsi konflikt kontekstində səbəbiyyət vermək üçün əlimizdə tutarlı dəlillər yoxdur.

Yəni, qısası, iki deputat arasında hansı mübahisələr olub ki, bunu ictimai motivlərdə və ya siyasi rəqabət mühitində büruzə verirlər - xəbərimiz yoxdur.

Zamanla cənab Novruzov 1991-ci ilin mart ayında Azərbaycan Ali Sovetinin SSRİ-nin saxlanılmasının əleyhinə səs verən 43 deputatın "istiqlalçı deputatlar" adı ilə tanıdılmasına qarşı çıxıb.

Siyavuş müəllimin arqumenti belədir ki, həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub və onların hamısı ölkənin müstəqilliyinə səs verib.

"Sadəcə onlardan bir qismi sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinin əleyhinə səs veriblər" – cənab Novruzov çıxışlarının birində belə deyib.

Novruzov mətbuatdakı açıqlamalarında "istiqlalçı deputat"lara qarşı da "savaş" açıb, Hərçənd ki, onun ittihamı 43 nəfərin hamısı ilə bağlı deyil.

Həmin "istiqlalçı deputatlardan" biri də Vahid Əhmədovdur, indi də deputatdır, görünür ki, Siyavuş Novruzov açıqlamalarında həm onu, həm də indi başqa düşərgədə təmsil olunanları hədəfə alır.

Bir detala fikir vermək lazımdır, 2017-ci il aprelin 1-də Prezident İlham Əliyev Vahid Əhmədovun "Şöhrət" ordeni ilə təltif edilməsinə dair sərəncam imzaladı, lakin bir ay keçdikdən sonra "Yeni Azərbaycan" qəzeti Vahid Əhmədov haqqında sərt tonda bir məqalə yayımladı.

Siyavuş Novruzov həmin zamanlar YAP icra katibinin müavini idi və "Yeni Azərbaycan" qəzetinə də əli rahatlıqla çatırdı, hərçənd müəyyən etmək çətindir - bu məqalə Siyavuş Novruzovun istəyi ilə çap olunmuşdu ya yox! Əlimizdə fakt olmadığı üçün biz heç bir versiyanın üzərində dayana bilmirik.

Məntiq isə bunu deyir ki, Vahid Əhmədovun Prezident tərəfindən mükafatlandırılması hakim partiyada kimlərinsə xoşuna gəlməmişdi.

İkinci detal: Həmin zamanlar qəzetin baş redaktoru Hikmət Babaoğlu (Məmmədov idi), bizdə olan məlumata əsasən, Vahid Əhmədov həmin məqalə ilə bağlı Hikmət müəllimə iradını bildirəndə, ikinci "mənlik bir şey yoxdur" deyib.

Bunları bir detal kimi xatırlatdım, birinci detal fakt, ikincisi isə bizdə olan məlumatdır, indi oxucu özü nəticə çıxara bilər.

Milli Məclisin oktyabrın 11-də keçirilən iclası da iki deputatın ad çəkmədən bir-birinə qarşı "söz atmaları" ilə yadda qaldı.

Siyavuş Novruzov "Müstəqillik haqqında" qanun layihəsinin müzakirəsi zamanı yenidən "istiqlalçı deputatlar" məsələsini gündəmə daşıdı, Vahid Əhmədov isə üstündən yarım saat keçdikdən sonra ona cavab verdi.

Cənab Əhmədov isə sanki içindəkini "partlatdı", özü də ad çəkmədən fikrinə "burada bəziləri deyir ki..." cümləsi ilə başladı.

Vahid Əhmədovun arqumenti budur ki, həmin zamanlar çox həssas və çətin siyasi şərtlər şəraitində bir sıra deputat SSRİ-nin əleyhinə səs veriblər, cənab deputat qeyd edir ki, indi onları alçaltmaq düzgün deyil.

"Sonradan kim mövqeyini dəyişib, bunun məsələyə dəxli yoxdur, hərənin bir taleyi var. Amma həmin zaman cəsarət göstərərək SSRİ əleyhinə səs veriblər", - deyə Vahid Əhmədov cavab verir.

Hə... Bir məsələni da yaddan çıxarmayaq. Vətən müharibəsi başlamazdan dörd ay öncə, Vahid Əhmədov parlamentin iclasında Müdafiə Nazirliyini tənqid etmişdi, buna isə Siyavuş Novruzov cavab vermişdi. Vahid Əhmədovu təxribatda təqsirləndirmişdi.

Bəlkə də, başqa məqamlar da var, lakin iki deputat arasında baş vermiş qeyd edilən "toqquşmalar" da onların arasında qovğa olmasını göstərir../Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2397   Tarix: 12 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)

Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə "Ceyhu

27 oktyabr
.

Sabahın havası

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər

27 oktyabr
.

Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bili

27 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?

Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy

26 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr