Bakıda dəhşətli QƏZA:Beş ölü, çox sayda yaralı var - FOTO + YENİLƏNİR

Bakıda dəhşətli QƏZA:Beş ölü, çox sayda yaralı var - FOTO + YENİLƏNİRDövlət Avtomobil Nəqliyyatı Xidməti bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Bununla bağlı DANX-ın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında yazıb.

"Daha bir qeyri-qanuni daşıma xidmətinin sürücüsünün səbəb olduğu hadisə-faciə! Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nömrəli "Mercedes" markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

Yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib. Dünəndən bu cür daşımalara qarşı başlanan tədbirlərlə bağlı sosial hesablarda ünvanımıza "bir tikə çörəyi niyə kəsirsiniz" ittihamlarına qarşılıq bu hadisənin cavab olmasını heç istəməzdik... Amma fakt faktlığında qalır. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində dünyasını dəyişən sərnişinlərin yaxınlarına səbir, xəsarət alanlara şəfa diləyirik!" - deyə o qeyd edib.

09:26

Bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Oxu.Az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başladılıb.

Hazırda istintaq davam etdirilir.

09:04

Bakıda yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 21 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən, 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər 3 saylı Kliniki Şəhər Xəstəxanasına) çatdırılıb.

Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur.

Bu barədə ətraflı məlumat veriləcək.

08:38

Bakıda yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 20 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən, 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər 3 saylı Kliniki Şəhər Xəstəxanasına) çatdırılıb.

08:32

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

Oxu.Az-ın məlumatına görə, qəzada çox sayda ağır yaralılar var.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirilib ki, prospektdə baş verən ağır hadisə zamanı ölən və yaralananlar var:

"Hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub. Polis əməkdaşları prospektdə nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbir görür. Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb olunub. İlkin ehtimala görə, yük avtomobili sürücüsü sükan arxasında yuxulu olub və hərəkət zolağından çıxıb".

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.
Bakıda dəhşətli QƏZA:Beş ölü, çox sayda yaralı var - FOTO + YENİLƏNİRBakıda dəhşətli QƏZA:Beş ölü, çox sayda yaralı var - FOTO + YENİLƏNİR


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 5957   Tarix: 13 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - FOTO

Xırdalanda 20 yaşlı gənc binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. "Trend"ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Belə ki, Cavid Yusifov beşinci mərtəbədən yıxılaraq həyatını itirib. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır

17 oktyabr
.

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib

Qaxın Zəyəm kəndində məktəbdə yıxılan şagird xəsarət alıb. APA-ya istinadən xəbər verir ki, kənd sakini 2012-ci il təvəllüdlü İ.Mustafazadə təhsil aldığı Zəyəm kənd tam orta məktəbində yıxılaraq xəsarət alıb. 9-cü sinif şagirdi olan İ. Mustafazadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilki

20 oktyabr
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseyno

4 oktyabr
.

Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub

Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza

18 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub

17 oktyabr