Qəzada yaralananların vəziyyəti haqda açıqlama
Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində baş verən ağır qəzada yaralananların 16 nəfəri Sabunçu Tibb Mərkəzinə müraciət edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Real TV-yə Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Məhəmməd Məmmədov məlumat verib. O qeyd edib ki, onlardan 2 nəfərinin üzərində cərrahi əməliyyat aparılıb: "Bir nəfərin dalağı zədələndiyinə görə əməliyyat olunaraq çıxarılıb. Digərinin isə ayağı baldırdan amputasiya olunub.
Yaralılardan 4-ü ağır vəziyyətdə olduğuna görə reanimasiyaya yerləşdirilib. 4 nəfərin isə müayinədən sonra vəziyyətinin yüngül olduğu məlum olub və onlar ambulator müalicəyə göndərilib. Bizim xəstəxanaya gələnlər arasında ölüm halı qeydə alınmayıb".
M. Məmmədov əlavə edib ki, digər yaralılar hazırda nəzarətdədir və müalicəni davam etdirirlər. Vəziyyətləri orta və kafi qiymətləndirilir.
Qeyd edək ki, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1919 Tarix: 13 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrSabahın havası
Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər
27 oktyabrİctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü
27 oktyabrGüzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabr"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabr