Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs edildi
İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü Cəlilabad rayon sakini Sadiq Qasımov və sərnişin qismində olan həmyerlisi Qurban Məmmədov rayonun Mehdili kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıblar.
Araşdırmalar zamanı adıçəkilən şəxslər icazəsiz olaraq işğaldan azad edilən ərazilərə keçdiyi müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokolar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Bundan başqa, Cəbrayıl RPŞ-nin əməkdaşları Cocuq Mərcanlı kəndinin ərazisindəki xidməti posta yaxınlaşan "Man" markalı avtomobili nəzarət qaydasına uyğun olaraq yoxlamaq üçün "Saxla" işarəsi veriblər. Lakin sürücü - Füzuli rayon sakini Cavad Cabbarov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymadan icazəsiz olaraq işğaldan azad olunan əraziyə keçməyə cəhd göstərib. C.Cabbarov və sərnişinləri – Bakı şəhər sakinləri olan İlham Məmmədov və Məmməd Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 946 Tarix: 13 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrSabahın havası
Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər
27 oktyabrİctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü
27 oktyabrGüzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabr"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabr