Azərbaycanda "Whatsapp" səs yazısı valideynləri vahiməyə salıb - DİN-dən AÇIQLAMA - AUDİO
Son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı məlumatlar və səs yazıları yayılıb.
Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, həmin səs yazılarında Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd edilməsi hallarından danışılır.
Səsi yayılan şəxs bildirib ki, uzun saqqallı, sarışın bir kişi məktəblərə daxil olur və azyaşlı uşaqları oğurlamağa çalışır. Bundan başqa, məhlələrə və həyətlərə girərək uşaqları aparmağa çalışır. Hətta bildirilir ki, bu barədə polisə də şikayət edilib.
Valideynləri təşvişə salan bu xəbərlərə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, "Whatsapp" qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır.
"Tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6274 Tarix: 13 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrSabahın havası
Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər
27 oktyabrİctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü
27 oktyabrGüzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabr"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabr