Azərbaycanda İran "agent"ləri var? - AÇIQLAMA

Azərbaycanda İran "agent"ləri var? - AÇIQLAMATürkiyənin Van vilayətində İrana məxsus casus şəbəkəsi ifşa olunub. Milli İstihbarat Təşkilatı və polisin Van bölgəsində keçirdiyi birgə əməliyyat nəticəsində, ikisi İran vətəndaşı olmaqla, səkkiz nəfər saxlanılıb. Onlar keçmiş iranlı hərbçini ölkəsinə qaçırtmağa cəhd göstərərkən həbs olunublar. Əməliyyat sentyabrın 24-də keçirilsə də, bu barədə məlumat yalnız indi yayılıb. Bildirilib ki, İran vətəndaşları 30 min dollarlıq büdcə ilə bölgədə casus şəbəkəsi qurublar.

Qeyd edək ki, İranın Ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaq Nejat bir neçə gün öncə Azərbaycanı tərk edib.

Bəs ölkəmizdə Ocaq Nejatın yetişdirdiyi İran "agent"ləri varmı?

Məsələ ilə bağlı Sonxeber.az-a politoloq Elçin Mirzəbəyli açıqlama verib.

O, Ocaq Nejatın formalaşdırdığı və İranın Qum şəhərinə göndərdiyi şəxslərin ölkəmiz əleyhinə necə təbliğat apardıqlarını qeyd edib:

"Əslində Türkiyədə İranın casus şəbəkəsinin ifşa olunması faktoru yeni deyil. Bundan öncə də eyni hadisələr baş verib. Sadəcə olaraq, bunula bağlı mətbuata informasiya verilməyib. Təhlükəsizlik baxımından və ikitərəfli münasibətləri kəskin duruma gətirməmək üçün məlumat gizli saxlanılıb.

Azərbaycana gəldikdə isə, bu suallara konkret olaraq müvafiq təhlükəsizlik orqanları cavab verə bilərlər. Biz sadəcə prosesləri müşahidə edən ekspertlər kimi məsələyə münasibət bildirə bilərik.

Əslində İran şəbəkəsinin zaman-zaman ölkəmizdə fəaliyyəti ilə bağlı xüsusi araşdırmaya ehtiyac yoxdur. Bununla bağlı çoxsaylı istintaq materialları var. İslam Partiyasının işi ilə bağlı olan məhkəmə və istintaq prosesində qəti olaraq sübuta yetirilib ki, Azərbaycanda bir qrup şəxslər İranın müvafiq təhlükəsizlik orqanları tərəfindən ələ alınıb və onlar Azərbaycan əleyhinə fəaliyyət göstəriblər.

Düşünürəm ki, belə faktlar yetərincədir. Əgər söhbət Azərbaycan daxilində, ölkənin konstitusion quruluşuna qarşı fəaliyyət göstərən qüvvələrdən gedirsə, o qüvvələrin başında dayanan şəxslərdən biri də elə Azərbaycanı bir müddət öncə tərk edən Ocaq Nejatdır.
Onun formalaşdırdığı və buradan İranın Qum şəhərinə göndərdiyi şəxslərin ölkəmiz əleyhinə necə təbliğat apardıqlarını hər kəs bilir. Faktiki olaraq, onlar İranın mövcud rejiminin Azərbaycandakı "5-ci kalon" təmsilçiləri kimi iştirak edirlər.

Əslində geniş araşdırılmaya ehtiyac var. Bir faktı da qeyd edim ki, bir müddət əvvəl müxtəlif bölgələrimizdə, xüsusilə də cənub bölgələrində narkomaniyaya qurşanmış, özlərinin seçdiyi gəncləri İrana aparıb, orada güya müalicə edirlər. Müalicə məsələsini deyə bilmərəm, amma onlar bir neçə il sonra Azərbaycana qayıtdıqda ciddi dəyişikliklərin baş verdiyinin şahidi olmuşam.

Bu şəxslər vaxtilə Azərbaycan dilində normal danışmadıqları halda, orada aldıqları təlimlər nəticəsində rus və ingilis dillərini tam şəkildə mənimsəyib, eyni zamanda İranın mövcud ideoloji təbliğat sisteminin bir parçası kimi çıxış edirdilər.

Düşünürəm ki, bu məsələdə yalnız müvafiq dövlət qurumları deyil, elə Azərbaycan vətəndaşları da özlərinin prinsipial mövqelərini ortaya qoymalıdırlar.

Məlum olduğu kimi, casus şəbəkəsi son dövrlərdə daha aktiv şəkildə sosial şəbəkələrdə fəaliyyət göstərir. Bu baxımdan, onların fəaliyyətinin diqqətlə izlənilməsi, media qurumları və vətəndaş cəmiyyətləri inistitutlarının nümayəndələri tərəfindən ölkənin milli maraqlarının qorunması istiqamətində əsaslı şəkildə bu şəxslərin cavabları verilməli və qarşısı alınmalıdır".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3489   Tarix: 14 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

"Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyev: "Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində icra edilməlidir. 2027-2030-cu illərdə proqram tam icra edilməlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr