"Sülhməramlılar təxribatı törədənləri Azərbaycana verməlidirlər, əks təqdirdə..."
Qanunsuz erməni dəstələrinin törətdiyi təxribat nəticəsində əsgər Həmzəyev Əfqan Bəhram oğlunun şəhid olması xəbəri hər birimizi üzdü. Baş verən təxribatdan belə bir nəticəyə gəlmək olar ki, hələ də Ermənistanda revanşist fikirlərlə yaşayan, təxribat törətməyə meyilli olan, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasını istəməyən və münaqişənin alovlanmasına çalışan qüvvələr var.
Bu sözləri Sonxeber.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib.
O, təxribatı törədənlərin Azərbaycana təhvil verilməli olduğunu vurğulayıb:
"Bu qüvvələr də hazırkı Ermənistan hakimiyyətinə tabe olmaq istəmirlər. Bəzi qruplar erməni havadarlarının dəstəyi ilə belə təxribatlara meyillənirlər və göründüyü kimi, bəzən təxribatları baş tutur.
Biz anlamalıylq ki, Azərbaycan Respublikasının Xarici İşlər Naziri və Ermənistan Xarici İşlər Nazirinin Rusiya vasitəçiliyi ilə görüşü ərəfəsində belə bir təxribatın törədilməsinin birbaşa hədəfi və məqsədi münasibətlərin yaxşılaşmasına zərər vurmaq, əldə ediləcək sülh danışıqlarını pozmaq və münaqişəni alovlandırmaqdır.
Biz rus sülhməramlılarından bu təxribatı törədən şəxslərin tapılmasını və Azərbaycana təhvil verilməsini tələb etməliyik. Əks təqdirdə, Azərbaycan tərəfi bu təxribatçıların tapılması və cəzalandırılmasını özü həyata keçirəcək.
Həmçinin bu və buna bənzər təxribatların bir daha təkrarlanmaması üçün qanunsuz erməni silahlı dəstələri zərərsizləşdirilməli və onların fəaliyyətinin qarşısı alınmalıdır".
Aytəkin CƏLALİ
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 5137 Tarix: 15 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"
"Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın
22 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr