Prezident mina xəritələrindən DANIŞDI
"Azərbaycanın indi qarşısında duran əsas problemlər azad olunmuş ərazilərin minalardan təmizlənməsi və dağılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, müharibədən sonra Azərbaycanın 150-dən çox vətəndaşı minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarətlər alıb:
"Ermənistan bizə minalanmış ərazilərin tam xəritələrinin verilməsindən imtina edir. Azərbaycan tərəfinə verilən xəritələrin kiçik qismində isə dəqiqlik 25 faizdir. 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Azad edilmiş ərazilərdə 67 məsciddən 65-i tam dağıdılıb. Yarıdağıdılmış iki məsciddə isə işğalçılar məqsədli şəkildə müsəlmanları təhqir etmək üçün donuz və mal-qara saxlayıblar. Füzuli şəhəri və Füzuli rayonun kəndlərində bina və evlərin 100 faizi dağıdılıb. Eyni vəziyyət Ağdam şəhərində və Ağdam rayonundadır. Ağdam şəhəri "Qafqazın Xirosiması" adlandırılıb. Cəbrayıl rayonunda cəmi iki bina salamat qalıb ki, burada da erməni silahlı qüvvələrinin hərbçiləri yerləşdirilmişdi. Oxşar mənzərə Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarda var. Şuşa şəhərində mövcud olan 17 məsciddən 16-sını işğal vaxtı işğalçılar dağıdıb. Bir məscid "tolerantlıq" nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin yardımı ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 952 Tarix: 15 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"
"Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın
22 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr