Bakının mərkəzindəki ticarət obyektlərində baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO
Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb.
Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
10:35
"İlkin məlumata görə, Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın zamanı 300 kvadrat metr ərazi yanıb".
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin rəis müavini Əkbər Novruzov bildirib.
O, qeyd edib ki, yanğının söndürülməsinə 21 yanğınsöndürən maşın və 105 nəfər şəxsi heyət cəlb edilib:
"Ərazidə müxtəlif təyinatlı obyektlər yanıb. Hazırda ərazidə yanğının baş verilməsinin səbəbləri araşdırılır".
10:29
Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla bağlı metronun "Nəriman Nərimanov" stansiyasının bir çıxışı bağlanıb.
10:18
Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın lokallaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Hazırda FHN əməkdaşları hadisə yerində yanğının tam söndürülməsi prosesini icra edir.
***
Bakının mərkəzində ticarət mərkəzində baş verən yanğınla əlaqədar bir neçə marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
"Yanğın səbəbindən tətbiq edilən məhdudiyyətlə əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində bəzi dəyişiklər olub və gecikmələr müşahidə olunur".
***
Metronun "Nərimanov" stansiyasının yaxınlığında baş verən yanğın davam edir. Yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
"Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir", - deyə məlumatda qeyd edilib.

***
Bakının Nərimanov rayonunda yanğın başlayıb.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə metronun "Nərimanov" stansiyasının yaxınlığında yerləşən "Metro City" ticarət mərkəzində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda yağ kəskin bahalaşdı
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov