"Ermənistanın bu açıqlaması onların Qarabağdan imtina etdiklərini göstərdi"
Ermənistan siyasətçisi Vigen Xaçatryan bu yaxınlarda bildirib ki, "Artsax olmadan Ermənistanın gələcəyi yoxdur" fikrini təbliğ etmək çox təhlükəlidir: ""Artsax" olmadan Ermənistanın gələcəyi yoxdur fikrini təbliğ etmək çox təhlükəlidir. Yəni Ermənistanın gələcəyi "Artsax" sayəsindədir, Artsax varsa, Ermənistan olacaq, yoxsa olmayacaq? Siyasi mövqe baxımından bu belə olsa da, səhvdir. Amma bu o demək deyil ki, məsələdən imtina edirik. Amma son məqsəd "Artsax" yox, Ermənistandır"..
Onun bu sözləri ilə bağlı Sonxeber.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, onlar bu cür açıqlamalarıyla artıq öz sərhədlərinə qapandıqlarını etiraf edirlər:
"Ermənistan siyasətində "dənizdən-dənizə böyük Ermənistan" ideyası öldü. Bunu artıq rəsmi etiraflarında da deyirlər. Bu isə bizim ən böyük qələbəmizdən biridir. Qələbə tək torpaqları azad etməklə bitmir. Ermənistanın İdeologiyasınını zəhərli köklərindən çıxarıb atmaq lazım idi. Nəhayət onlar başa düşdülər ki, ən böyük problemləri "böyük Ermənistan" ideologiyalarıdır. Yəni xəritədə dırnaq boyda olan dövləti dənizdən-dənizə kimi "hiper təxəyyül" məhsulu olaraq nəzərdən keçirtmək də psixoloji xəstəlikdir ki, o da bu xalaqa məxsusdur.
Eks-prezident Armen Sarkisyanın belə bir açıqlaması da var idi ki, "böyük Ermənistan" bir xülyadır, Ermənistan kiçikdir və onun problemlərini həll etməlidirlər, çünki böyük Ermənistan dedikcə, böyümədi, əksinə, problemləri artdı.
Artıq onlar "kiçik Ermənistana" yığışmağa başlayıblar. Bu mənada Araik Arutyunyanın Qarabağdan erməni silahlılarının buraxılması kimi məsələlərlə bağlı açıqlamaları var. Baxmayaraq ki, sonra məsələ təkzib olundu, amma önəmli olan onun deyilməsi idi. Təbii ki, Paşinyanın da mövqeyi bu baxımdan çox maraqlıdır. Vigen Xaçatryanın fikiri çox maraqlı idi, çünki o, "Artsax" məsələsinin ümumi siyasətdən, Ermənistanın taleyindən kənarlaşdırılmalı olduğunu bildirdi. Bu isə artıq onların Qarabağdan imtina etdikləri mənasına gəlir.
Ermənistanın kiçilməsi, öz sərhədlərinə qapanması və nəhayət reallıqları qəbul etməsi qələbənin əsas elementlərindəndir".
Aytəkin CƏLALİ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentin gəlinindən zərif - Fotolar
Leysan yağacaq, dolu düşəcək
Gələn il pensiyalar nə qədər arta bilər? - FAİZ AÇIQLANDI
Atların əslində haradan gəldiyi ilə bağlı yeni FAKT
Azərbaycanda ZƏLZƏLƏ OLDU
Bakıda evdə GÜCLÜ PARTLAYIŞ: Yaralıların sayı 4-ə çatdı, ölən var - FOTO - VİDEO
Bakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
Pensiya, müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR
XƏBƏRDARLIQ! Hava YENİDƏN PİSLƏŞƏCƏK: Leysan və sel...
Ürəyin ən böyük düşməni - Yalnız bu amil ölüm riskini kəskin artırır
Astronomlar xəbərdarlıq edir: Səma artıq əvvəlki kimi qaranlıq olmayacaq
Kondisioneri yayda necə düzgün təmizləmək olar?
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)
Boşanma mərhələsində olduğu həyat yoldaşını boğazından bıçaqladı - VİDEO