Vaksindən sonra yoluxma niyə azalmadı, pandemiya niyə bitmir? - Həkimdən SƏBƏBLƏR

Vaksindən sonra yoluxma niyə azalmadı, pandemiya niyə bitmir? - Həkimdən SƏBƏBLƏRVaksindən sonra bir çox insanlar tipik korona kimi xəstəlik keçirdi

Azərbaycan koronavirusun 4-cü dalğasına hazırlaşır. Deltanın mutasiyaya uğrayan yeni versiyası sərhədləri keçir. Ölkədə kütləvi vaksinasiyadan sonra yoluxmada səngimə bir müddət olsa da, yenidən xəstələnənlər çoxalıb.

Kovid peyvəndindən sonra hər kəsi bir sual düşündürür. Vaksindən sonra yoluxma niyə azalmadı?

Nevroloq, manual-terapevt, eləcə də kovid xəstələrinin müalicəsi üzrə təcrübəli həkim Mirzə Qaraşov vaksinasiyanın yoluxma sayın təsir etməməsinin 2 səbəbini açıqlayıb.

Medicina.az-a açıqlamasında həkim kovid peyvəndindən sonra müəyyən qrup insanların real tipik kovid xəstəliyi keçirdiyini bildirib.

"Xəstəliyin vaksinasiyadan sonra yayılmasında əsas 2 səbəb görürəm. Birinci səbəb vaksin pasportuna görə qadağalar qüvvəyə mindikdən sonra insanların kütləvi olaraq vaksin məntəqələrinə axışıb sıxlıq şəraitində tez peyvənd olunmaq istəməsi idi. Vaksinin bir ay içində kütləviləşməsi elə kütləvi yoluxmanı da artırdı. İnsanların yoluxma imkanı daha çox oldu.

İkincisi bu vaksin müəyyən dərəcədə koronavirus infeksiyasının bəzi əlamətlərini verməlidir. Qızdırma, öskürək, qanda problem – bunlar gözlənilən hal idi. POlineyropatiyalar, anaflaktik reaksiyalar, eləcə də çox insanda sanki virusa yoluxmuş kimi xəstəlik gedişatı. Hətta bir neçə xəstəm var idi, hər iki dozadan sonra xəstəlik əlamətlərini keçirtdi, saturasiyası belə aşağı düşmüşdü. Bu da xəstəlik sayını artırdı.

Vaksindən sonra biz yüngül kovidə bənzər durum gözləyirdik, amma yüngül olmayanlar da oldu. Bu adamlar test versələr də yaxmada pozitiv çıxmır, amma qan analizində xəstəlik marker yüksəlmiş idi. Onlar da kovid kimi müalicə olunmağa başladı. Belə hallar 2 doza vaksindən sonra daha çox baş verirdi.

Uşaqlar arasında da yoluxma dinamikasının artması öz işini gördü. Amma mənim praktikamda ağırlaşan uşaq olmadı. Hətta I tip diabeti olan uşaq var idi, ailəsi yoluxmuşdu, ona görə narahat idim, o da çox yüngül keçirdi.

Çox qəribədir ki, uşaqlar sürətlə sağaldı. 22 yaş-25 yaşa qədər ağırlaşan xəstə görmədim. Onlara heç bir antibiotik və virus dərmanı təyin etmədim. Onlara yalnız hemeopatik müalicə təyin etdim.

Qəribə paradoks bir də ondadır ki, xəstəliyi yüngül keçirəcəyinə əmin olduğumuz adamlar – hansı ki, orta yaşdır, cavandır, xroniki xəstəliyi yoxdur, əksinə onlar daha pis keçirirdi. O xəstələr ki, ağırlaşacağını gözləyirdik, onlarsa yüngül keçirdilər.

Olub ki, yaşlı ana, şəkərli diabet, təzyiq xəstəsi koronavirus idi, bütün ailə ona görə narahat idi, ana sağaldı, amma oğlu çox çətin sağaldı, ağciyərləri 60-70% zədələnmişdi.

Koronavirusun nə vaxt bitəcəyi barədə proqnoz vermək olmur. İnfeksion xəstəliklər gah sönür, gah artır, bir neçə ildən sonra yenidən aktivləşə bilər.

Amma bu qədər peyvəndləmədən, yoluxmadan sonra azalmalıdır. Mən artma gözləmirəm. Təkrar xəstələnmələr olsa belə insanlar xəstəliyi yüngül keçirəcək.

Mən əvvəldən koronavirusu vaskulit xəstəliyi kimi qəbul etmişəm, ona görə çox xəstələrə antibiotik təyin etmədim. Bir çox antibiotiklərin xəstələri əksinə ağırlaşdırdığı məqamlar da olub. Ceftriaksion kimi antibiotikə qarşı davamlılıq yaranıb, onun müalicədə effekti azalıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4618   Tarix: 22 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

Göyçayda ilan sancan şəxs məmur imiş

Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz

27 oktyabr
.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr
.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

27 oktyabr
.

Aylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ

Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni

27 oktyabr
.

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)

Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə "Ceyhu

27 oktyabr