Qara çörəyin tərkibinə rəngləndiricilər qatılır? - FOTO

Qara çörəyin tərkibinə rəngləndiricilər qatılır? - FOTOEkspert deyir ki, qənnadı məhsulları və içki istehsalında geniş yayılmış "koller" adlı rəng maddəsindən çörək istehsalında da istifadə edilir. Bəzən qara çayın artıq qaynadılmasından əldə edilən rəngdən, kakao və qəhvədən də çörək istehsalında yararlanırlar.

Sovet dövründə və ondan sonrakı bir neçə ildə insanlar daha çox qara çörəkdən istifadə edirdilər. Daha doğrusu, buna məcbur olurdular. Xüsusən də kənd yerlərində... Çünki mağazalarda ağ un tapmaq müşkül idi. Vətəndaşlar məcbur olub ya qara un alırdılar, ya da qara unla ağ unu qarışdırıb çörək bişirməli olurdular. İndi isə əksini müşahidə edirik. Qara çörək olduqca bahadır. Müxtəlif markalar altında 250-300 qramlıq qara çörək 1,5-2 manata da satılır. Üstəlik, münasib qiymətə olan qara çörəyə də şübhə ilə yanaşılır. İddia olunur ki, guya ağ una rəng qatırlar.

Sual yaranır: niyə əvvəllər daha ucuz başa gələn qara çörək indi ağ çörəkdən baha qiymətə satılır? Həqiqətən də aldığımız qara çörəyin tünd rəng alması üçün boyadan və ya digər qatqılardan istifadə olunur?

Mövzu ilə bağlı "Kaspi" qəzeti məqalə dərc edib.

Adı qara, rəngi açıq qəhvəyi

İstehsal meneceri Sayat Quliyeva deyir ki, insanlar arasında "qara çörək mütləq tünd olmalıdır" deyə fikir formalaşıb, amma əslində belə deyil: "İstehsalatda "qara un" adlanan xammal yoxdur

Bu söz birləşməsi insanlar tərəfindən yaradılıb, qiyməti ucuz, keyfiyyəti aşağı deməkdir. Qara çörək kəpəkli, çovdar, birinci və ikinci növ unların qarışığından əldə olunur. Bu çörəklər tam qara deyil, tünd və ya açıq qəhvəyi rəngdə olur. "Adı qara çörəkdirsə, rəngi də tünd olmalıdır" tipli fikirləri əsas götürərək, bəzi istehsalçılar da normativlərdən kənarlaşaraq rəngli maddələrdən istifadə edirlər".

Əgər rəng varsa…

Qida eksperti Fərid Səfərov bildirir ki, əgər qara çörəyin tərkibində rəng varsa, bunu yoxlamağın müxtəlif yolları var:

"Çörəyin tərkibində rəng olub-olmadığını gözlə seçə bilmərik. Amma çörəyi suya salanda, suyun rəngi dəyişirsə, qaralırsa, deməli, rəngləndiricilərdən istifadə olunub".

Rəng qatılmasının səbəbi

Sayat Quliyevanın sözlərinə görə, qara çörəyi rəng və digər qatqılar vurmadan da istehsal etmək mümkündür:

"Çörəyin qatqısız, sadəcə xammal vasitəsilə istehsalı mümkündür. Lakin istehsalçılar qabarıq, məsaməli olması, saxlama müddətinin artırılması, yumşaq qalması üçün çörəyə müəyyən qatqılar əlavə edirlər ki, bunlardan ən birincisi rəng maddələridir. Yəni qatqıların, rəng maddələrinin istifadəsi unun maliyyətinin yüksək olması ilə əlaqəli deyil, bazarda olan rəqabətin göstəricisidir".

Ucuz olması üçün

Fərid Səfərov deyir ki, çovdarı xaricdən idxal etdiyimiz üçün bu da qiymətlərə öz təsirini göstərir:

"Qara çörəyi əldə etmək üçün lazım olan çovdar ununun ölkəmizdə istehsalı çox azdır, daha çox başqa ölkələrdən idxal olunur. Bu da qiymətə istər-istəməz təsir göstərir. Bu səbəbdən də, bəzi yerli sahibkarlar çovdar unundan deyil, ucuz olması üçün rəngləndiricilərdən və müxtəlif qatqılardan istifadə edərək qara çörək əldə edirlər".

Çay, qəhvə, kakao

S.Quliyeva bildirir ki, tünd rəng əldə etmək üçün təbii vasitələrdən də istifadə olunur:

"Qənnadı məhsulları və içki istehsalında geniş yayılmış "koller" adlı rəng maddəsindən çörək istehsalında da istifadə edilir. Bəzən qara çayın artıq qaynadılmasından əldə edilən rəngdən, kakao və qəhvədən də çörək istehsalında yararlanırlar. Kakao və qəhvə ölkəmizə idxal olunur, həmçinin maya dəyəri də yüksəkdir".

Qara çörəyin faydası

Sayat Quliyevanın sözlərinə görə, xüsusi xəstəliyi olan insanların sağlamlıq baxımından qara çörəkdən istifadə etməsi çox vacibdir:

"Əvvəllər qara çörəkdən yalnız şəkər xəstələri istifadə edirdisə, günümüzdə pəhriz saxlayanlar da üstünlük verirlər. Çünki qara çörəyin kalorisi ağ çörəyə nisbətən azdır. Həmçinin ağ çörəyə nisbətdə qara çörəyin tərkibi vitaminlər, minerallar və təbii liflərlə zəngindir. Bəzi xəstəliklərdən əziyyət çəkən insanlar qara çörəkdən istifadə etsinlər ki, bu maddələri də qəbul edə bilsinlər".

Qatqıların ziyanı

Fərid Səfərov deyir ki, qara çörəyin tərkibinə qatılan qida maddələri hər insanda müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilər:

"Çörəyin istehsalında istifadə olunan qatqı maddələri hər bir insana fərqli şəkildə təsir göstərə bilər. Bu, həm də istifadə edilən maddənin miqdarından da asılıdır. Bu maddələr mədə turşuluğunu artırır, mədənin selikli qişasını qıcıqlandırır, həzm sistemində problemlər, piylənmə, qəbzlik, sinir pozğunluqları, allergik reaksiyalar yaradır".

Tərkibini oxuyun

Sayat Quliyeva oxuculara məsləhət görür ki, çörək alarkən tərkibi ilə mütləq maraqlansınlar:

"Üzərində geniş məlumatlar qeyd edilməyən, özünəməxsus qablaşdırması olmayan, tərkibində kənar qatqıların olduğu qeyd edildiyi çörəkləri almasınlar".
Qara çörəyin tərkibinə rəngləndiricilər qatılır? - FOTOQara çörəyin tərkibinə rəngləndiricilər qatılır? - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1796   Tarix: 23 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

Göyçayda ilan sancan şəxs məmur imiş

Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz

27 oktyabr
.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr
.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

27 oktyabr
.

Aylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ

Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni

27 oktyabr
.

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)

Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə "Ceyhu

27 oktyabr